Yeni kitabxana: AĞCABƏDİDƏ
Ağcabədili yazar, ziyalı Eldar Əhmədovun təşəbbüsü və təşkilatçılığı ilə şəhərin mərkəzində, Regional Mədəniyyət İdarəsinin Yaxınlığında, keçmiş Əhaliyə Məişət Xidməti Kombinatının binasında “Ağcabədi yazarları” kitabxanası açılmışdır. Kitab evinin direktoru Süleyman Quliyevdir.
Kitabxanada yuxarıda adı çəkilən təşəbbüskarların gərgin əmək və səyləri nəticəsində minə yaxın kitab toplanaraq oxucuların ixtiyarına verilmişdir. Tanınmış ölkə yazarlarının kitabları ilə yanaşı, ağcabədili yazarlarının hamısının kitablarının yer aldığı kitabxanada müntəzəm olaraq müxtəlif mədəni tədbirlər, eləcə də yerli yazarlarla görüşlər və onların yeni kitablarının təqdimatı keçirilir. Kitabxana, eyni zamanda yeni kitablarla genişləndirilir və zənginləşir.
Bu yaxınlarda şəhərimizdə 70 illik yubileyi keçirilən ədəbiyyatşünas-alim Asif Rüstəmli “ Ağcabədi yazarları” kitabxanasının qonağı olmuş və buraya xeyli sayda kitab hədiyyə etmişdir.
Kitabxananın fəal üzvləri Kamil Haqverdiyev, Avşar Eyvaz, İlham Həsənov bu mədəniyyət ocağının fəaliyyətinin genişləndirilməsi, daha səmərəli işləməsi üçün yerlərə gedir, oxucularla maarifləndirici söhbətlər aparır, yeni kitabların əldə olunması üçün əllərindən gələni əsirgəmirlər.
Əziz kitab həvəskarları!
Siz də “Ağcabədi yazarları” kitabxanasına kitab hədiyyə etmək istəyirsinizsə, 050 502 03 99 nömrəli telefonla əlaqə saxlaya bilərsiniz...
Adil Misirli
Digər Xəbərlər
16 Sentyabr 2026 12:05
“Sözə çevrilən milli yaddaş...”
16 Sentyabr 2026 10:58
“İslam bizə görə dindir, ərəbə görə isə onun kültürüdür”
15 Sentyabr 2026 11:24
YENİ TƏDRİS İLİMİZ MÜBARƏK!
14 Sentyabr 2026 19:47
Əbülfət Mədətoğlu: TƏBRİKSİZ GÜN...
14 Sentyabr 2026 12:44
Yaxşılıq səssiz ediləndə insanların qəlbində qalır
14 Sentyabr 2026 10:54
Əbülfət Mədətoğlu - Həyatımdakı 11 sentyabr
14 Sentyabr 2026 10:53
“Ağıl öyrətmək zorunda qaldığım bu mövzuya bir də qayıdası olmayacağam”
11 Sentyabr 2026 16:21


Bakı -°C

