Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir -XƏBƏRDARLIQ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) növbəti fişinq kampaniyası aşkarlayıb.
Adalet.az-ın məlumatına görə, aparılan monitorinqlər nəticəsində müəyyən edilib ki, kiberdələduzlar bir sıra yerli qurumların əvvəlcədən ələ keçirilmiş rəsmi e-poçt hesablarından istifadə edərək fişinq məktubları yayırlar. Belə ki, dələduzlar tanış və etibarlı görünən ünvanlardan “Shared a File” və ya “New secure message from” başlıqlı məktublar göndərərək istifadəçiləri saxta sənəd portallarına yönləndirirlər.
Məktublardakı keçidlər legitim freshdesk.com platformasında yerləşdiyi üçün təhlükəsizlik alətlərindən yayınır. Keçidə daxil olan istifadəçi avtomatik olaraq iphro.nobeienergy[.]com ünvanında yerləşən saxta “Microsoft” giriş səhifəsinə yönləndirilir. Bu səhifə real “Microsoft” giriş səhifəsinə oxşayır və istifadəçinin daxil etdiyi istifadəçi adı, şifr və təsdiq kodunu (MFA/2FA) real vaxt rejimində ələ keçirir. Nəticədə kiberdələduzlar yaradılmış çərəzi (“cookie”) oğurlayır və ikifaktorlu doğrulamadan yan keçərək hesaba birbaşa giriş əldə edirlər.
İstifadəçilərə tövsiyə olunur ki, gözlənilməyən “paylaşılmış sənəd” və ya “təhlükəsiz mesaj” məzmunlu e-poçtlardakı keçidlərə daxil olmasınlar, belə məktubların doğruluğunu göndərən şəxslə alternativ kanal vasitəsilə dəqiqləşdirsinlər, giriş zamanı ünvan sətrində yalnız rəsmi login.microsoftonline.com ünvanının olduğuna əmin olsunlar və şifr ilə təsdiq kodlarını şübhəli səhifələrə daxil etməsinlər.
Şübhəli hallarla qarşılaşdıqda aidiyyəti qurumlara və ya Milli Kibertəhlükəsizlik Agentliyinin elektron poçt ünvanı [email protected] və ya “1654” qaynar xətti vasitəsilə məlumat verilməsi xahiş olunur.
Digər Xəbərlər
10 Iyul 2026 14:32
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib - FOTOLAR
09 Iyul 2026 17:25
Süni intellekt üçün internet Bakcelldən
08 Iyul 2026 09:00
KTV kabel televiziyası abonentləri niyə incidir?
07 Iyul 2026 13:18
Rəqəmsal tədqiqat belə aparılacaq
07 Iyul 2026 13:18
İnternet provayderləri üçün yeni öhdəliklər müəyyənləşir
07 Iyul 2026 11:48
"Dünya xeyli kiçilib və bir əlin içindəki mobil telefona yerləşib"
03 Iyul 2026 12:27
Azərbaycanda "Facebook" istifadəçiləri 4 dəfə azaldı
01 Iyul 2026 11:20


Bakı -°C

