adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Iyun 2019 17:45
42610
ƏDƏBİYYAT

Yazıçı-publisist, şair Sabir Nemətzadənin ədəbi yaradıcılığı

Müasir ədəbiyyatımızdabaş qaldıran yeni dirçəliş dalğası, ədəbi təfəkkürün hüdudlarının bədii sözün imkanlarınadavamlı genişlənməsi dayanır. Bu Sabir Nemətzadə yaradıcılığında aşkar görünür. Düzdür, mətbuatda,televiziya ekranlarında çox az-az görünsə də yaddaşlarda öz yaradıcılığı ilə izqoyur. İstər poetik, istər bədii sözün oxuculara çatdırılması, özliyindəlazımlı, dəyərli olmaqla bərabər, oxumaq, oxutmaq ehtiyacını ödəyir. Belə ki,sadəcə olaraq Sabir Nemətzadəni oxumaq lazımdır. Yazılarının geniş, zəngin,koloritli mənzərəsini verməyə çalışır. Bəlkə də ilk sevgi şeirlərini, hekayələriniparta arxasında yazmışdır (ilk şeiri səkkizinci sinifdə oxuyarkən, 1967 -ci il noyabr ayında "Azərbaycanpioneri" qəzetində çap olunmuş və "Azərbaycan pioneri" qəzetininmükafatını almışdır).

Öz dəst-xətti olan yazıçı, şair-publisist, hərbi nəzəriyyətçiS.Nemətzadə ziyalı ailəsində anadan olmuş, yüksək hərbi vəzifə tutmuş vəmühüm tapşırıqlar yerinə yetirmişdir. Azərbaycandailk dəfə olaraq "Fövqəladə hallarda əhalinin davranış qaydaları"kitabını buraxmışdır. O, ömrü boyu hiyləgərliyin, paxıllığın, ikiüzlüyün,yaltağlığın, satqınlığın, mənəviyyatsızlığın, qəddarlığın, unutqanlığın düşməniolub.

Sabir Nemətzadəuzun illər Sabunçu rayon regional mülkimüdafiə idarəsinin rəisi olmuşdur. O, bir zabit, dəyərli insan kimi vətənin, xalqınkeşiyində durub, xalqına xidmət etməyi hər şeydən üstün tutub, rayonun ictimaiproblemlərinin həllinə çalışıb. Onun istər şeirlərində, istər bədii nəsrindəsapa düzülmüş mirvari təki incə bir nizam var. Alim, yurnalıst, yazıçı və şairlərin, zabit silahdaşlarının onunhaqqında xoş sözləri indi də yaddaşımdadır. Qocaman şərqşünas alim, tərcüməçi,həqiqi mənada ağsaqqallıq zirvəsi olan Cümşüd Muradov, xalq rəssamı TahirSalahov, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov, sənətşünaslıq üzrəelmlər doktoru, professor Cəmilə Həsənzadə,ehtiyatda olan polkovnik Aydın Pənahov, BDU-nin professorlarından ƏsədullaOurbanov, Tahir Cəfərli, Rəssamlıq Akademiyasını professoru Sevil Sadıxova,AMEA-nın Etnoqrafiy İnstitutunun professoru Nərgiz Quliyeva və başqaları Sabir Nemətzadə yaradıcılığından xoş sözlərdemişdir. Sabirin "Sarıtorpaq", "Salam Bakı", "Basdırılmışdaşlar", "Mehdi və dostları" kitabları sadə,

aydın və şirin dildə yazılmışdır. Uzun müddətlizəhmətin bəhrəsi olan bu kitablar dilimizdə işlədilən ifadələrin cüzi bir hissəsidir. Sabirə xas az sözlə bəzənböyük fəlsəfi ümumiləşdirmə verən, ictimai-bərabərsizliyi və haqsızlığı qamçılayan və dərin müdrikləifadə edən bu əsırlərin nəşri xeyirli addım hesab olunmalıdır. Müəllifin əsərlərindəkiorjinal cəhət qısa əxlaqi nəticələrçıxarmağa çalışması, irəl sürülən fikri bir növ ümumiləşdirmək bacarığıolmasıdır. Sabir nə barədə yazırsa - yazsın, ilk sözdən başlayaraq, əsərinintamam inandırıcı olması ilə oxucunu cəlb edir. O, öz romanlarını, povest vəhekayələrini fikirləşərək yazır, lakin bunuda yaxşı bilir ki, böyük həyatı material olmadan təkcə istedadla çox dakeçinmək olmur. O, öz ölkəsinin sadə adamları ilə görüşüb, müşahidə etməyi,onların dili və ləhcələri ilə danışmağı sevir. Sabir deyir: "Yaradıcıinsan pis ola blməz. Sözünün kəsəri olmaq üçün vəzifə əsas şərt deyil.İstedadın varsa buyur yuxarı başa." Əsla tərifi sevməyən, sadə, təvəzökarinsan Sabir Nemətzadə Allah adamıdır. Çox vaxt dodaqları tərpənəndə o saat bilirəmki, zikr edir: "Ey daimi və əbədi, ey duanı eşidən, ey bəxşişi geniş, ey xətalarıbağışlayan, ey eyibləri örtən, ey günahları bağışlayan, ey ən gözəl dost, mənicəhənnəm odundan amanda saxla..." Bəzən hal - əhvalını soruşanda deyir:" Qocalıram. Hər yerim ağrayır, bir ruhumdan savayı. Allahın şəfası iləşükür ki, tez də rahatlaşırm." Nəyi xoşlamırsan desən, dərhal deyər ki,arağı, bir də donuz ətini. Hər ikisi haramdır. Biri ağlını aparır, digəri qeyrəti.Eh, indi o qədər qeyrətsizlər var ki! Azərbaycan yazarı istər poeziya, istər nəsr janrında yazıları milli ədəbi ənənələrəsöykənir. Düzü indiyə kimi bilmirəm ona şair deyim, yoxsa yazıçı. Onun"Dünya, unutma məni", "Salam, Bakı", "Mehdi vədostları", "Loğman bitkuilər" şeirlr kitabı ilə yanaşı "Sarıttorpaq"romanı, "Basdırılmış daşlar" povest və hekayələri milli özünəməxsus bir manifest kimi səsələnir.Sabir ətraf mühitdə baş verən hadisələrixalq danışıq dilində qələmə almaqla oxucu auditoriyasının rəğbətini qazanmaqdadır.Uşaq şeirləri yazmağa başlayan gənclər M.Ə.Sabir, Abbas Səhət və s. kimi şairlərləyanaşı Sabir Nemətzadə yaradıcılığının təsirialtında da yazıb-yaradacaqlar.

Yazıçı, şair- publisist S.Nemətzadə vətənin, xalqın mənafeyindən kənar hər cür mövqe tutanları"qeyri-azərbaycanlı" kimi qiymətləndirir və xalqın adət-ənənəsininqorunmasını, onu ehya etməsini lazım bilir. Bu gün özünə əsil dost bilənMikayıl, Tahir, Habil, Firudin kimi söz sahiblərinə olan inamı ona yaradıcılıqstimulu verir. Mənə görə Sabir poeziya sahəsində köklənib qələmini sınamış olsada, mən onu əsasən nasir kimi tanıyıram. S.Nemətzadənin təkcə "Şumerlər"romanı dünya ədəbiyyatı üçün şedevrdir.Nədənsə yadıma Qurani- Kərimdə Həzrət Yunisdən bəhs edilən ayələrdüşdü:" Bir gün onun da olduğu gəmi tufana düşdü. Gəminin yüngülləşməsi üçün püşk atdılar. Yunisin adıçıxdı, buna görə də onu dənizə tulladılar. Bir balıq Yunisi uddu. Əgər YunisAllaha sığınıb zikr etməsəydi, Qiyamətə kimi o balığın qarnındaqalacaqdı..." Sabir də Allaha sığınmasaydı dönük və manqurt insanlarıntufanına düşəcəkdi. Allahın kəraməti çox böyükdür. S.Nemətzadənin əsərləri qərbədəbiyyatının nailiyyətələri ilə birləşdirmək yolunu tutur və bu da onunyaradıcılığının əlahiddəliyini təmin edən səbəb kimi çıxış edir. O, təkcə ədəbi-estetikbaxımdan deyil, ümumi ictimai və kultoroloji planda da bu mövqedə dayanır. Birrus alimi demişdi ki, Sabiri oxumaq üçün Azərbaycan dilini öyrənmək lazımdır. O,isə tərcümə olunmur ki, olunmur. Sabir hərbir yazısında çəkdiyi çətinlikdən ləzzətalır. Necə ki, yaşlı və zəif baba nəvəsini dalına mindirib dizi üstə at kimiyeriyir. Bu iş onun üçün əziyyət olsa da, nəvəsinin razılığından sevinc duyur.Zəif də olsa, bu misaldan aydın olur ki, insan üçün başqasının razılığı o qədərşirin ola bilər ki, bu yolda min bir əzaba qatlaşar. Mömin insan Allahınrazılığını nəfsinin razılığından üstün tutur.

Sabir Nemətzadəyə sevdiyi musiqi, sevdiyi sənətkar kimdirdeyəndə birinci növbədə Firəngiz Əlizadənin adını çəkir. "Firəngiz xanımdünya xalqlarının artistidir. Dünyanın möcüzəsidir!" - deyir. Bir günSabirdən soruşdum:"Yazdığınız kitablarda hansı nöqsanı gördünüz?" O,bir az fikirləşərək dedi:"Yazdığım kitablarda nöqsan o oldu ki,kitablarımın üstündə adımı yazdırdım. Bu adı görənlər ünvanıma tərif yağdırmışdılar." Dedim: "Bununnəyi pisdir ki?!" Sabir gülümsəyərəkdedi: "Məni tərifləməsinlər, sevsinlər. Bir də oxusunlar. Əgəroxunmasaq unudulacağıq."

İstedadliyazıçı-şair Sabir Nemətzadəyə yeni-yeni əsərlər yazmaqla yanaşı möhkəmcansağlığı, uzun ömür və yaradıcılıq uğurları arzulayırıq.

Elşad Qasımov,

"Cabir Novruz” Mədəniyyət

Fondu mətbuatxidmətinin rəhbəri, AJB-nin üzvü