adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
31 Dekabr 2018 12:00
38896
ƏDƏBİYYAT

Yazarların Yeni İl xatirələri - SORĞU

Yer üzünə yeni - 2018-ci il gəlir. İnsanlar bayramsevincini sevdikləriylə birgə keçirir. Küçələrdə, mənzillərdə yolkalar bəzədilir,uşaqların səbirsizliklə gözlədikləri Şaxta baba və Qar qız evlərin əzizqonaqlarına çevrilirlər. Və hər yeni il özündən sonra bir xatirə buraxır. Buxatirə qarşıdan gələn yeni ildə xatırlanır. Bəlkə həmin yeni il də yeni birxatirənin təməlidir.

Adalet.az yazarlarınYen il xatirələrini təqdim edir.


Yazıçı Səfər Alışarlı: "Bu xatirəni Abbasa görəyazmağı qərara aldım. 1983-cü ili qarşılayırdıq. Məlum böyük məsələyə görəMoskvada biz Azərbaycan əhlinə diqqət xeyli artmışdı. Yeni ili Litinstitutun yataqxanasındaqarşılamaq özgə bir aləm idi. Bir-iki gün əvvəl koridorlarda, vannaotaqlarında, pilləkənlərdə xarab olmuş bütün lampaları və çarpayıların yataqağlarını dəyişirdilər. Yeni il axşamında, heç nəyə baxmayaraq, hər yer işıqlı,təmiz, aydın və isti olurdu. Axşam saat 8-dən sonra 1-ci mərtəbədəki diskozaldarəqslər başlayırdı. Əksər otaqların qapısı həmin axşam açıq qalırdı:qonaq-qara, tez-tez mətbəxə, dükana, aşağı-yuxarı qaçmaq üçün elə rahatıydı.Əslində isə bayram əhvalını koridordan keçən hər kəslə bölüşmək səxavəti vardıbu jestin özündə. 2 nəfərlik otaqlar qəşəng idi: 80-ci ilin olimpiada təmirindənçıxmış yataqxana bizim Dərnəgül qəsəbəsindəki susuz və tarakanlı yataqxanalarlamüqayisədə... Müqayisəyə qəti gəlmir.

Bayram əhvalı çox şənnotlarla otaqlardan axıb aşağıdakı diskozala akkumulyasiya olunurdu və sankidopinq alıb bir az da qızışaraq yenidən mərtəbələrə qayıdırdı. Əslində bunları yazmaq lazımdı.

Nə isə... Bir də gördük bizim otağın qarşısındabuludlar qaralmağa başlayıb, hava guruldayır, ildırım-zad çaxmır hələ... Nolub,nolub? Bəs qızı aparıblar! Hər kim aparıbsa, bizimlə oturanlardan deyil. Ammatezcə məlum oldu ki, aparan nerusskidi, özü də bizim Əli Bayramlıdan olan tələbəyoldaşımız, gözəl nasir Abbas Talıbovdur. Abbas onda yataqxanada yaşamırdı, dərsədə gəlmirdi – diplom müdafiəsindəydi. Yeni il gecəsi hətta moskvalı tələbələr dəaxışıb yataqxanaya gəlirdilər. Abbas da çantasını çiyninə salıb gəlmişdi,bir-iki saat əvvəl liftdə birlikdə qalxmışdıq.

Yaxşı, qızı Abbas aparıb, bəs bizim 505-ciotağın qarşısına niyə toplaşırsınız, ay urus qardaşlar? Şeytan ölməyib ki!Kefiyuxarı uşaqlar başladılar növbəti 507-ci otağın qapısını döyməyə. O otaqdaElvira tək yaşayır və Allah bilir indi hansı otaqda, kimlərlə qeyd edirbayramı. Aha, Abbas da orada olub və otağın açarını Elviradan alıb gəlib giribora! Nazik arakəsmə divarının bu üzündə mən yatıram, o biri üzündə Elvira,lazım olmayan məqamlarda bir-birimizin səsini eşidirik, hərdən tıqqıldaşırıqda...


Qapı sındırıldı! 18il sonra bir yay günündə mən Moskvada qalmış tələbə yoldaşım Valeh Rzayevləmetronun "1905-ci il” stansiyası yaxınlığındakı açıq kafedə oturub qəhvə içə-içəo gecəni xatırlayırdım. MənAbbası soruşdum Valehdən, dedi bilmir. Abbas bizimlə oxumuş yeganə Litinstitutuşağıdır ki, taleyindən bu gün də xəbərim yoxdur. İstedadlı, dil bilən,mütaliəli bir oğlanıydı. ValehRzayev hər cəhətdən çox layiqli birisiydi, neçə il əvvəl Moskvada qəflətən ürəkçatışmazlığından vəfat etdi.

Bəli, qapısındırıldı və tələm-tələsik paltarının bir hissəsini geyinmiş Abbasa hücumbaşladı. Biz də ölməmişik ki!Salyanlılar demişkən, kişi döyülük?! Tökülüşdük bu gədələrin üstünə, bir dəgördük qonşu otaqda toplaşmış abxaz uşaqları də bizə kömək eləyir! Nə isə, qələbəçaldıq, "bayrağı” da taxdıq koridorun başına. Üzbəüz idarədən polis də gəldifırlandı, Abbas çıxdı getdi, biz də dəm başımıznan belə oturub fikirləşirik ki,3 gün sonra bayram qurtaran kimi rektor Vladimir Fyodoroviç Pimenov şəxsənaraşdıracaq bu işi. Batdıq!

Həmin il Abbası o işə görə diplom müdafiəsinəburaxmadılar. Rektor isə bizə belə dedi: «Вы что, сукины дети, вообщеобнаглели?! Bu, bizim gözlədiyimizlə müqayisədə cəzadeyildi, tərif idi!”




Yazıçı Şərif Ağayar:"Uşaq vaxtı atamın əlindəntutub kənd klubuna Yeni il şənliyinə gedirdim, bir də baxdım, Şaxta Babasaqqalını çənəsinə keçirib klubun tinində siqaret çəkir. Darmadağın oldum. Bu,gördüyüm ilk böyük saxtakarlıq idi və yaddaşımda travma kimi qaldı.”







Yazıçı Nəriman Əbdülrəhmanlı: "Yeni il bayramınıheç vaxt xüsusi olaraq keçirməmişəm, xüsusi bayram kimi hazırlaşmamışam. İllərinson günü məndən ötrü həmişə adi günlərdən biri olub. Yalnız ilin yekununuvurmuşam, ötən ildə gördüyüm işləri, buraxdığım səhvləri düşünmüşəm. Ona görə dəYeni il bayramıyla bağlı yaddaqalan hadisə xatırlaya bilmirəm.”






Şair Aqşin Yenisey: "Ha fikirləşirəmYeni illə bağlı heç bir xatirə filan yadıma düşmür. Görünür, bütün Yeni illərdəhəmişə möhkəm vurmuşam ki, indi xatirə yoxsulluğu içində çapalayıram. Gücləxatırlayıram ki, hanısa ilan ilində Yeni il gecəsi restoranda naxçıvanlılarladalaşmışıq. O da mənim içib əlimdəki plasmas ilanı sağa-sola fısıldatmağımucbatından olub. Qonşu masadakı naxçıvanlı uşaqlar elə bimişdilər ki, bununlahansısa kriminal mesaj verirəm. Ən yadda qalan xatirəm o davadır. Sənin busorğularından sonra gərək həyatıma bir çəki-düzən verəm, bu gün sabah ölüb gedəcəyəm,bir dənə düz-əməlli adamkövrəldən xatirəm yoxdu.”



Yazıçı Azad Qaradərəli: "1971-ci ilin sonayları idi. Ali məktəbdən kəsilmişdim və anamın etirazına baxmayaraq şələ-şüləmiyığıb Bakıya işləməyə gəldim. Bir yaxın qohumumuzun köməyi ilə indi adını dəqiqbilmədiyim gecələr də daim alov saçan neftayırma zavodunda qazançı köməkçisi(kotelçik) işinə düzəldim. Ayda 110, sonralarsa 140-150 manat maaş alırdım.Gözümü yumub-açdım dekabrın 31-i gəldi. Zavodun yataqxanası (indiki 8-cikilometr bazarının yerindəydi yataqxanamız, o ərazilər boş çöllük idi) ozamankı Kislotnaya küçəsində yerləşirdi. İşdən gələndə gördüm ki, otaqyoldaşlarım hərəsi bir qohumugilə Yeni ili qarşılamağa gedib. Aldığım şampan şərabınıkiçik yolkamızın yanına qoyub qəhərli-qəhərli balkona çıxdım. Şəhərdə atəşfəşanlıqidi. İlk dəfə idi ki, mən evimizdən uzaqda Yeni ili - 1972-ci ili təkqarşılayacaqdım. Bir yandan da bərk qar yağmağa başlamışdı... Nəysə bu vaxtqapı döyüldü, çıxdım ki, Urxan adlı 50 yaşlarında tatar kişidir. ( İçib hər gündəhlizə qusduğuna görə ona acıqlı idim. Qəribədir ki, hər gün sərxoş olan bukişi bu gün ayıq idi.) İçəri dəvət etdim. Üzr istədi və dedi ki, bir dəpintilik etməyəcək. Sonra məni otaqlarına dəvət etdi. Rus Dyad Vasya, cuhudTolik və qoca tatarla süfrəmizi birləşdirdik. O gecə bəlkə də gözləmədiyimhalda ən xoş Yeni il oldu mənə. Və o il həmdə ali məktəbə qəbul olundum.



Yazar Sevinc Elsevər:"Yeni illə bağlıxatirəm qəribədi. Mən rayonumuzdan şəhərə köçdüyüm il rayonda qalan sinifyoldaşlarım yeni il şənliyi keçirmişdilər. Qış tətilində rayona getmişdim,qızlardan biri ilə telefonda danışdıq. Dedi ki, video kaset Rəşad adlıoğlandadı. Ona zəng elə, sənə gətirsin bax sən də. Özüm o kasetdə olmasam da,baxmaq istədim. Bəlkə də maraqlı idi mənsiz necədi sinfimiz. Rəşada zəng vurdum, dedim ki, babamgildə qalıram, kaseti dəmiryolunun üstünə gətir, həm nə vaxtdıgörüşmürük, görüşək. Həm də kaseti götürüm. Razılaşdı. 6-7 il məktəbə bir gedibbir gəlmişdik. Qonşumuz idi. Anası atamla bir sinifdə oxumuşdu. Kiçik qardaşı daqardaşımın sinif yoldaşı olmuşdu. Sinfimizdə dostluq etdiyim uşaqlardan idi. Rəşadıgörəndə çox sevindim, əl görüşdük, kaseti aldım, uşaqları soruşdum. Eləayrılırdıq ki, kiçik dayım peyda oldu hardansa. Sinif yoldaşıma qışqırıbvurmağa başladı. Pərt vəziyyətdə yazıq uşağı güclə dayımın əlindən aldım. Sonraevdə dava-mərəkə qopdu. Evə gəlib hər şeyi dağıdıb tökmüşdüm ki, sən məni pərteləmisən. Utanıram sənin kimi dayım var. Sonra da qorxutdum ki, polisə gedəcəm.Getdim gizləndim. Hər yerdə məni axtarırdılar. Səslərini eşidirdim Çıxmırdım.Xalalarım, nənəm, babam,böyük dayım dəymişdi bir-birinə. Bağda qədim bir tutağacının oyuğunda gizlənmişdim. Gəlib yanımdan keçir, məni görmürdülər. Böyükdayım polis idarəsinə gedib ki, məni tapsın. Bəlkə doğrudan şikayət eləməyəgetmişəm. Nəhayət gizləndiyim yerdən yorulub çıxdım. Mənə dəhşətlə baxırdılar.O əhvalatdan sonra dayılarım fikirləşirdilər ki, Sevinc dəlidir, ona söz deməkolmaz. Amma o hərəkətimlə dayıma bir növ üsyan eləmişdim. Köhnə fikirliliyinə,yersiz qısqanclığına qarşı çıxmışdım. O əhvalatdan sonra Rəşadı bir də tələbəlikdövründə gördüm. Üzr istədim. Dedim səni döydürdüm Yeni il kasetinin üstündə.Güldü, dedi boş şeydi. Dayına heç acığım tutmamışdı. Orda hamı belədi. Amma sizədeyim , o kasetə baxa bilmədim, nə də geri göndərə bilmədim. Hələ də məndədir.Bu yaxınlarda evi yığışdıranda rastıma çıxdı. İstədim baxam, indi də köhnəvideo pleyer yox idi. Kaseti Rəşada qaytarmalı idim. O əhvalatdan sonra üzüm gəlmədiRəşadı bir də çağıram, bir də döydürəm.”