Azad olunmuş ərazilərdə tikinti işlərinin həcmi açıqlandı

Hazırda azad olunmuş ərazilərdə 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir, 21 yaşayış məntəqəsinin isə təməli qoyulub..
Adalet.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetində “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması ilə bağlı iclasda bildirilib.
Qeyd edilib ki, azad olunmuş ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb, əhalinin yaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunub.
Digər Xəbərlər

Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edildi

Multikulturalizm Mərkəzinin icraçı direktoru Misirdə beynəlxalq konfransda çıxış edib

İldırım Vəliyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verildi

Bu qaydalar təsdiqləndi

Komitə sədri vətəndaşların müraciətlərini dinlədi

Pakistan Milli Assambleyasının sədri "ASAN xidmət"də

Polis motokuryerlərə nəzarəti gücləndirdi - VİDEO
