adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Mart 2017 12:00
32433
ƏDƏBİYYAT

Yazarların Novruz xatirələri - SORĞU

Novruz bayramına sayılı günlər qalır. Bəşəriyyətin ən qədim şənliklərindən, mərasimlərindənbiri də məhz Novruz bayramıdır. Novruz yeni gün, yeni həyatmənasını daşımaqla həm də yen ildir. Çünki məhz Novruzda həyat yenidəncanlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclarçiçəklənir, gecə ilə gündüz bərabərləşir və beləliklə də yeni həyat başlayır.Hamımızın bu bayramla əlaqədər xatirələri, unudulmayan günlərimövcuddur. Uşaqlığımızın bir parçasıdır Novruz, papaq atma, şəkərbura-paxlava,səməni və ilxaır.

Adalet.az bayram münasibətilə bağlı yazıçı, şairlərəsorğu ünvanlayıb – "Novruz bayramını necə xatırlayırsınız?”. Cavabları təqdimedirik.


Yazıçı Nəriman Əbdülrəhmanlı: "Yaz günlərinin istisi köyrəlmiş sümüklərini azacıqqızdıranda Mələk nənəm qız-gəlinə üz tutardı ki, a bala, durmax vaxtı döyül,yır-yığış eləmək, öyə-eşiyə əl gəzdirmək gərəkdi, bayrama az qalıb. Günü ağolmuşlara da bir hay lazımıydı, bayaq barxananı çəkib tökərdilər eşiyə, gününqabağına sərərdilər ki, uzun qış günlərinnən sonra nəmi qurusun. Qapı-bacayasərilmiş yeddi rəngə çalan xalı-xalça göz oxşayardı. Uzun çubuqlarla tozunualardılar. Sonra da yuyulası nə vardısa arabaya yükləyib enərdilər Qavrıçayının qırağına. İri qazanlarda qaynar asılardı, qız-gəlinin qəlbinə yazhavası dolardı, şaqraq qaqqıtlıları çay kimi axıb gedərdi…

Bayramın yetişdiyini bir də qıpqırmızı boyanmışyumurtalardan anlardıq. Yumurta döyüşdürmək üçün «ortalıq», «qaş» deyilənyerlərdə yığışardıq. Yumurtası bərt olannar şəstlə ara-bərədə dolaşar, meydansulardılar. Hər məhlənin özünün başçısı, «yumurta bilicisi» olardı. Uşaqlargecə-gündüz «bərt yumurtda satan» hansı xalanınsa doqqazından əskik olmazdılar.«Filankəsin bir papaq dolusu yumurtda qırmağı» haqda söz-söhbət ağızdandüşməzdi.

Uşaqların dincliyi göyə çəkilərdi, yuxusu pərən-pərəndüşərdi. Axır çərşənbə gecəsi kürkü tərsinə çevirib geyinərdilər, şiş papaqqoyar, sifətlərinə üzlük taxardılar. Onun da üstünnən əllərinə gələnikeçirərdilər. Zınqırov da ki, yaxalarınnan əskik olmazdı. Allı-güllü xurcunu daqoyardılar yanına ki, bayram payını içinə yığsınlar. Durmayıb lopadüzəldərdilər yandırmağa. Sonra da ürək döyüntüsüynən ilin-ayın axır gecəsinigözləyərdilər.

Ta qız-gəlinin də onlara baş qoşmağa vaxtı hardaydı.Köməkləşib əriştə kəsib-qurudardılar, sonra da sacın içinə töküb qovurardılar,düyü arıtdardılar, ev-eşikdə axırıncı yır-yığış elərdilər.

İlin-ayın axır günü heç kəs bayram süfrəsihazırlamaqdan başqa əlini ayrı işə vurmazdı. Uşaqların da səbri-qərarıkəsilərdi, axşamın düşməyini gözləməyə halları qalmazdı. Elə ki günün qulağıyaxdı, çoxdan hazırlanmış tonqallara od vurulardı, bir-birinin bəhsinə alovunüstünnən atılardılar, «ağırlığımu-uğurluğum köhnə ilnən getsin» deyərdilər.Kəndin bütün evlərinin həyətlərinnən alov dilimləri göyə qalxardı, şaqraqgülüşlər eşidilərdi. Sonra da bəzənib-bərtdənib xurcunu çiyinlərinə aşırar,qapı pusmağa yollanardılar.

Belə vaxtlarda Qasım baba evdəkilərə təpinərdi ki, baxha, ağzınızdan sözünüzü bişirib çıxarın, xeyirri sözdər danışın, ürəyində niyyəttutub qapıya gələn olar. Böyüklü-kiçikli hər kəsdə belə bir inam olardı ki, buəziz axşamda hamının diləyi yerinə yetəcək. Çünki bu gecə insanın təmizləndiyi,saflaşdığı gecəydi. Bu vaxtı ta həmişə ortalıqda fır-fır fırlanan qız-gəlinitapmağmı olardı? Xəlvət bir yerə çəkilib üzük salardılar, niyyətləriniyoxlardılar, ürəklərində közərən hansı arzunusa alova çevirərdilər. O gecəyatmaqmı olardı. Oturub ulduzun doğmasını gözləyərdilər ki, Qavrı çayına üztutsunlar. Onda səhərin lap qaranlığında beli sənəkli, əli cürdəkli qız-gəlininhay-haraylı dəstəsi durna köçünü andırardı. Çaya çatar-çatmaz hamısı da özünüelə paltarlı-palazlı suya atardılar. «Ağırlığım-uğurluğum suynan getsin!» -deyərdilər. Ürək eləyib suya girməyənlər də eləcə üzlərini yuyardılar. Sonra da sənəkləri, cürdəkləri doldurub üz qoyardılar kəndə tərəf...”


Yazıçı Şərif Ağayar: "Novruz mənim üçün başdan-ayağa kənd, həyət bayramıdır. Kənd və həyət mühitindən də çoxdan uzaq düşüdüyüm üçün o çağları həzin səzəltə ilə yada salıram. Əlçatmaz çağlar kimi. Novruz bizim üçün izahı heç cür mümkün olmayan, şərhi kitablara sığmayan bir sevinc idi. O illər nəğmə kimi ötdü getdi və yalnız xatirəsi qaldı. Hərdən yada düşəndə qəribə duyğular keçirirəm. Onu da deyim ki, Novruz bizim əsl bayram əhvalı olan yeganə bayramımızıdr. Daşların, ağacların da üzü gülür sanki... Hamını təbrik edirəm!"


YazıçıVaris Yolçuyev: "Mən Sumqayıtda doğulmuşam. Bizim 8-ci mikrorayondakı meydançada şəhərin ən böyük tonqalı qalanırdı.Başqa yerlərdən gəlib hamı bizim tonqalın tamaşasına durardı. İllər keçdikcətonqallar kiçildi, indi deyəsən heç qalamırlar da.

Bir də, ortaməktəbdə qızların qapısına papaq atardıq, qoyduqları novruz sovqatına görə ənəliaçıq ailəni müəyyənləşdirərdik. Şəkərbura 10 xal, qoğal 9 xal, şokoladlıkonfet 8 xal, alma, naringi 6 xal, qoz 4 xal və s. İndi papaq atmaq da dahaunudulur get gedə. Əfsus.


Şair Aqşin Yenisey:"Kənddə böyüyənuşaqlar bilir ki, Novruz bayramı kənd yerlərində yaşından asılı olmayaraqhamını əhatə edən yeganə bayramdır. Məsələn, Qurbanlıqda qadınlar iştiraketmir. 8 mart kənddə ayıb sayılır və s. Novruzun süfrəsi fərqli süfrə olur, busüfrə başdan-başa bir rəmzdir, simvoldur. Tonqal qalamaq, məşəl gəzdirmək, tüfəngatmaq, xatirələrim bundan ibarətdir.”


Yazıçı MuradKöhnəqala: "Biz bu bayrama Novruz yox, Qodu-qodu, yaxudQovutluq (Qoutdux) bayramı deyirdik. (Qovut qovrulmuş buğda unu ilə bəhməzinqarışığından alınan şirniyata deyilir.) Kənddə hər küçədə böyük tonqallarqalanırdı, ətrafda yaşayanların hamısı ocaq ətrafına yığılıb şənlənir,deyib-gülürdü. Hər çərşənbə gecəsi əllərimizdə lopa küçələrdə hərlənir,dostlarımızın evinə qonaq gedir, şənlənirdik. Köhnə parçaları məftillə ağacadolayıb nöyüt qabında saxlayırdıq, ona görə lopalarımız uzun müddət sönmürdü. Hərdənlopaları göyə atır, ətrafı bir anlıq işıqlandırırdıq. Gecələr qodqodu gəzdirənlərmüxtəlif maska taxıb tanınmaz olur, qapı-qapı hamının evinə gedir, həyətdəçalıb oynayırdılar. Bəzən onlar maskalanaraq saz, qarmon, dəf, zurna çalanlarınmüşaiyətində bir ansambl kimi dolanırdılar. Biz onları tanımağa çalışır, səslərinədiqqət edirdik. Qapı pusmağa da din dinləmək deyirdilər. Küsülüləri dilə tutubbarışdırırdıq. Hamı biri-birinin evinə ən azı bir qab pay göndərir, yemək dəyişirdilər.Sonra, gecələr qəbristanlığa gedib doğmalarımızın qəbirlərinə yanan lopalartaxırdıq. Bununla da ölənlərin ruhunu şad etmiş olurduq. Həmin gün bütün qəbristanlıqçıraqban olurdu...”


Şairə Fərqanə Mehdiyeva: "Hər novruz bayramı gələndə uşaqlığım yadıma düşür. Atam rəhmətlik mənə təzə paltar alardı. Yaxın qohumlara bayramlaşmağa gedərdilər. Mən də onlara qoşulub gedərdim. Cibimizi qoz fındıq, şabalıdla doldurardılar... Anam rəhmətlik bayram axşamı hər evdə şam yandırardı. Hətta itin damında da, toyuğun hinində də. Təndirin külbəsində də. Və iki şam da artıq yandırardı. Müharibədən qayıtmayan əmimin, dayımın adına...
Qonşumuzda Səxavət adlı oğlan vardı. Hər bayram qapıları döyüb əlində maqnitofonu rəqs havasına kökləyib o ki, var oynayardı və sakitcə çıxıb gedərdi. Anam bayram günü tezdən durub hamımızı öpərdi..."


YazıçıKənan Hacı: "Novruzu necəxatırladığım haqqında elə sizin qəzetdə bir yazı yazmışdım. Orda da qeyd eləmişəm.Novruzun gəlişi mənə uşaqlığımla bağlı unuda bilmədiyim hadisələri xatırladır.6-7 yaşım olanda tonqalın üstündən hoppanmaq istədim, az qala yanacaqdım.Anamın qorxudan ürəyi getmişdi. Əmim məni çəkib çıxartdı. Artıq şalvarımalışmışdı. Bunu həmişə xatırlayıram. Bayrama hazırlıq yüksək əhvalda olurdu.Anam çalışırdı bütün adət-ənənələrə əməl edək. Papaqatdı, qapıpusma, yumurtaboyama, səməni cücərtmə, hamısına bizim evdə əməl olunurdu. Bu proses mənəinanılmaz bir sevinc yaşadırdı.

Anam çalışırdı qohum-əqrabada, qonşuda kim küsülüdürsə, onları barışdırsın.Deyirdi bayramda küsü saxlamazlar. Barışırdılar. Mənə təzə paltarlargeyindirirdi. Bir sözlə, əsl bayram sevincini yaşayırdıq. Bayram ötüb keçəndənsonra isə o coşqulu ab-hava üçün möhkəm darıxmağa başlayırdıq.

Anama deyirdim kaş ilin bütün günləri belə olsun. Hamı bir-biriylə mehribanolsun, qaynayıb-qarışsın.

Novruz yadımda belə xatirələrlə qalıb.”


Şairə Rəbiqə Nazimqızı:"Aynur hələbalacaydı. Uşaq yenicə danışmağa başlamışdı. İstədim bayram adətləriylə tanışolsun. Papaq götürdük ki, qonşuların həyətinə ataq. Birdən ağlıma gəldi ki,kiminsə imkanı olmaz, papaq boş qalar, biz də pərt olarıq, qapını açan da. Birotaqdan o birinə - qardaşımgilə papaq atdıq. Bir az kədərliydi, amma xeyligülüşdük.”