“Yaxşı ki, qadın olmamısınız” - Kamal Hüseynzadə
“Ədəbiyyat və incəsənət xadimləri, həmçinin də KİV-lər insanlara həmişə özlərindən üstün obrazları təqdim etməlidirlər ki, insanlar daha yaxşı olmağa can atsınlar”.
Adalet.az xəbər verir ki, bu fikirləri tanınmış şair Kamal Hüseynzadə dilə gətirib.
“Daha pisi göstərmək pisə təsəlli vermək, bəzən isə dəlinin yadına daş salmaqdır. Mənfi obrazlar yalnız müsbət obrazların müsbət cəhətlərini daha da qabartmaq üçün lazımdır. Bu gün bizi dəhşətə gətirən hadisələri, obrazları hansısa bədii əsərdə görəndə "bəh-bəh" lə yayırıq, şəninə təriflər yağdırırıq. Dəlinin biri də baxır ona, deyir "sən öl, mən də belə edəcəyəm ". Çünki, bədii əsərdə hərə öz idealını tapır. Son dövrlər ölkəmizdə məşhurlaşan seriallarda, filmlərdə iki üç müsbət obraz var, qalanı hamısı əclaf, pozğun, manyakdır. Deyəndə deyirlər nə görürüksə onu da çəkirik. Göz bizdə də var da, qurban olum sizə. Yaradıcı insan öz təxəyyülündəki gözəllikləri əsərə köçürməlidir ki, əsərdən də həyata köçsün. Cəmiyyət nəyi görmək istəyirsə onu da göstəririk deyənlərə isə bir kəlmə sözüm var. Yaxşı ki, qadın olmamısız”.
Emin
Digər Xəbərlər
26 Sentyabr 2026 12:41
Qulu Ağsəsin şeiri ABŞ-də dərc edilib
25 Sentyabr 2026 19:46
Firidun Ağazadənin şeirləri
25 Sentyabr 2026 18:00
“ZƏFƏR TARİXİMİZ SƏTİRLƏRDƏ”
25 Sentyabr 2026 11:33
Ruhun üç çevrilməsi və yazılmış vərəq - Əli Şirin Şükürlü yazır
25 Sentyabr 2026 11:32
Ay Bəniz Əliyarın ŞEİRLƏRİ
25 Sentyabr 2026 09:30
""Allah" sözünü böyük hərflə yazmaq dil qaydalarına görə səhvdir"
24 Sentyabr 2026 13:55
AMEA-da “I Türkoloji Qurultayı arxiv sənədlərində” kitabının təqdimatı keçirildi
24 Sentyabr 2026 10:51


Bakı -°C

