adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 Aprel 2019 17:53
59866
LAYİHƏ

Yalan ayaq tutsa da...

Ermənipərəstqüvvələr erməni lobbisinin "şivənini" həqiqət hesabedib Azərbaycan həqiqətlərini qulaqardına vururlar. Burda deyiblər,e! Oğru elədindi doğru bucağa qısıldı. Ermənilərin vəhşiliyi barədə İngilis siyasixadimi Vilsonun dediyi tutarlı faktı nəzərinizə çatdırmağı özümə borc bildim.

"Erməniləracgöz, tamahkar və araqarışdırandırlar. Heç kəsi bəyənmirlər. Onlar xırda birişi şişirdib, hay-küy salmaqda istedad sahibidirlər. Və intiriqanı sevirlər".Bu fikri Azərbaycan ziyalısı desəydi, deyərdiniz şər deyir . Ermənilər barədəbu klassik fikri İngilis ziyalısı söyləyib. Ermənilər barədə bundan artıq nədemək olar? Cənab Vilsonun dediyi kimionlar xırda bir şeyi şişirdib hay-küysalmaqda pərgardırlar. Gəlin baxaq. Ermənilər şivən qoparıb dünyaya çatdırdılarki, guya Naxçıvanda ermənilərə məxsus tarixi və mədəni abidələri azərbaycanlılardağıdırlar. Ermənilərin belədezinformasiyalarına inanıb Azərbaycan hökumətinə irad tutan ermənipərəst cənablar,gəlin bizimlə tarixə səyahət edək. Bilirəm, faktları görəndən sonra dediklərinizəgörə xəcalət çəkəcəksiniz.

Nə olsun, onsuzda siz havadarı olduğunuz işğalçı dövlətin təəssübünü çəkdiyinizi gizlətmirsinizki! XX əsrin əvvəlindən XXI əsrin əvvəlinə qədər və bu gün də erməni daşnaklarıəzəli və əbədi tarixi yurdlarımızı, torpaqlarımızı işğal edə-edə, tarixisaxtalaşdıra-saxtalaşdıra tariximizi siliblər, abidələrimizi yerlə-yeksan edibizimizi itirib, 560-dan çox tariximemarlıq abidələrimizi, 103 arxeoloji abidə, eksponatının sayı-hesabı olmayan 22 muzey, 4,6 milyon kitab, 927kitabxana,808 klub, 10 mədəniyyət və istirahət parkı, 85 musiqi və incəsənət məktəbi,20 mədəniyyət sarayı, 4 dövlət teatrı erməni terrorçuları, vəhşiləri tərəfindən yandırılıb, dağıdılıb çoxlarınınizi-tozu da qalmayıb.

Musiqi mədəniyyətimizinanası sayılan, xarici qəsbkarlara bacverməyən Şuşa şəhərində Hacıağa Məscidini, Mir Mövsüm Nəvvabın xatirə muzeyini,zəngin eksponatlara malik olan Şuşa muzeyini, Gövhər Ağanın məscidini yandırıbyerlə yeksan edən, Üzeyir bəyin, Bülbülün, Natəvan xanımın büstlərini güllələyənerməni quldurları deyilmi?

Milli mədəniyyətimizədəyən bu yaralara məlhəm qoymaq mümkündürmü? Fikirləşdikcə xəyal biləyimdənyapışıb məni qeyrət ucalığımdan baxmağaməcbur edir. İşğal altında olan torpaqlarımızı səyahət etmək, bəxtəvərçağlarımda gördüklərimi bir də görmək istəyirəm. Füzuli rayonunda Şərqüslubunda inşa edilmiş Baba türbəsi, Hacı Ələkbər Məscidi gözlərimin önündədayanır. Doğma kəndimə gedəndə yolumun üstündə, Laçın rayonunun ərazisində olanXVI əsrdə inşa edilmiş Malik Əjdər türbəsi (el arasında ona "Qoşa Kümbəz"deyirlər),Sarı Aşığın, Seyid Əmirin müqəddəs qəbirləri, Soltan Baba türbəsi,Şeyx Əhməd türbəsi, Həmzə Soltan, Soltan Əhməd sarayları, Ağoğlan çayınınüstündə tikilmiş müqəddəs məbəd düşmən əli ilə dağıdılıb məhv olanda

E hey !! ay cavanlar hay verin mənə,

Yadlarel yoluna qaya salıblar.

SeyidMirağanın türbə daşını

Xaçolar aparıb çaya salıblar…

Görənyerindəmi o Sandıq qaya

DeyirlərQoçdaşı salıblar çaya...

Qəbirüstüdaşları, qəbirləri dağıdıb izini itirəndə, hardaydınız demokratiyadan dəm vuranermanipərəstlər?

Görünsizin Fransanın səyyahı Qraf de Şöle ermənilərbarədə nə yazır:

"Ermənilərinyoxsulluğu və əzabkeşliyi məndə onlara qarşıböyük rəhm hissi yaratsa da, onların haramzadalığı, kələkbazlığı o dərəcədəiyrənc, alçaqlıqları o dərəcədə rüsvayçı, o qədər hiddətləndirici idi ki, mənheç vaxt onlara bağlana bilmədim".

Fransanınistedadlı jurnalisti Can-İv Yunet yazır :

"BizXocalı faciəsinin şahidi olduq, yüzlərlə öldürülmüş günahsız insan meyidlərigördük -bunlar qadınlar, uşaqlar, qocalar və Xocalının keşikçiləri idi. Bizəalçaqdan uçan vertolyot verdilər. Xocalıda nə baş verdiyinin şahidi olduq. Biziermənilər sonra atəşə tutdular. Biz çəkilişi axıra çatdıra bilmədik. Bu dəhşətlifaciə idi. Mən müharibədə çox şeylər olduğunu, alman əsgərini, qəddarlığınıeşitmişəm, amma ermənilər onları ötübkeçiblər. Onlar 5-6 yaşlı uşaqları, dinc halini vəhşicəsinə öldürürlər".

Qarabağınürəyi olan Ağdamın Xaçın türbəsi (1314),Cəbrayıl qəzası kimi tanınmış Cəbrayılın iki Tağlı Xudafərin körpüsü (XI- XII), böyük Füzulinin adı ilə fəxr edən Füzulinin 14 km qərbində yerləşmiş Azıxmağarası bizim eradan əvvəl yaradılmışdır. Bu qeyri adi mağara dünyanın ən qədimyaşayış məskəni sayılırdı. Aparılan araşdırmalar nəticəsində məlumdur ki, Azıxmağarasının sakinləri əcdadlarımız olub. Təəssüf ki, dünya əhəmiyyətli butarixi abidədən indi ermənilər silah anbarı kimi istifadə edirlər. Kəlbəcərrayonundakı Gəncəsər (1238) dünya əhəmiyyətli tarix və mədəniyyət abidəsiidi. Azərbaycanın mədəniyyət mərkəzi,dağların qoynunda yerləşən, gözəlliyi ilə dünyanı, səyyahları valeh edən Şuşada1992-ci ilin may ayının 8-nə kimi 15 məscid, 2 mədrəsə, 6 karvansaray, 2 qəsr,4 türbə, 18 bulaq, 8 hamam, 300-dən çox su quyusu, 15 qalabürcü, 3 zindan, 22tarixi abidə, 171 memarlıq abidəsi, 160 incəsənət abidəsi, 967 kv daş döşənmişküçə, 190 hektar muhafizə zonası, 870 kv qala divarı, qəbristanlıqlar, ocaqlar,pirlər və s məhv olunmuşdur.

BütövlükdəAğdamda 44, Qubadlıda 31, Zəngilanda 12, Kəlbəcərdə 39, Laçında 54, Fizulidə52, Xocalıda 16, Xocavənddə 53, Cəbrayılda 16, Şuşada 228 (bir dünya, 110respublika, 117 yerli əhəmiyyətli), Xankəndində bir tarix və mədəniyyət abidəsiyer üzündən silinibdir. Zəbd olunmuş rayonların ərazilərində 10 mədəniyyət evi,55 klub, 33 şəhər, 11 uşaq 691 kənd kitabxanaları, 18 muzey, 4 mədəniyyət vəistirahət parkı, 48 uşaq musiqi incənət və rəssamlıq məktəbi, 3 teatr, 3 rəsmqaleriyası ermənilər tərəfindən məhv edilmişdir.

Mayor Leonid Kravites adlı ziyalının Xocalı barədədediklərindən:

-"26fevralda mən yaralıları daşıyırdım. Mən özüm 200-ə qədər öldürülmüş və səpələnmişadamları gördüm. Sonra uçduq, ölüləri götürmək istədik. Bizim ilə bir yerlikapitan da var idi, adı yadımdan çıxıb. O ölülər arasınca özünün 4 yaşlı oğlunutapdı. Onun kəllə beyni dağılmışdı.Kapitan ağlını itirdi.

Götürə bilmədiyimizbaşqa uşağın başı kəsilmişdi. Biz hər yerdə vəhşicəsinə təhqir olunmuş qadın,uşaq, qoca meyidləri gördük".

Əhməd bəy Ağayev1906-cı ildə yazırdı:

-" Yer üzərindəAllahın yaratdığı nə qədər vəhşi və yırtıcı varsa, onlar başqa heyvanlarıparçalayırlar, amma öz həmcinslərinə toxunmurlar. Nə acıdır ki, vəhşiheyvanların etmədiklərini ermənilər etdilər. Tarixdə buna bənzər heç bir hadisəyərast gəlməmişək".

Hörmətlikonqresmenlər, bu barədə düşünmək olar, olmaz?

Gəlin tarixə səyahət edək. Şahidlərin dediklərinəqulaq asaq.

Həsən Həsənovundediklərindən:

-"1912-ci ildə İrəvan şəhərindəYusif küçəsindəki 24№-li evdə dünyaya gəlmişəm. Uşaqlıq və gənclik illərim orada keçib. İrəvan və onun ətrafıxalqımızın qədim yaşayış məskənlərindən biri idi. Hələ uşaqlıq illərindəneşitdiklərim və sonralar canlı şahidi olduğum hadisələr göstərir ki, İrandan,Turandan torpaqlarımıza köçürülmüş ermənilər üzdə üzümüzə gülüb, daldada daqaramızı yamanlayır, ayağımızın altını eşirdilər. Öz əlimizlə öz başımıza oyunlar açırdılar. "BöyükErmənistan" yaratmaq xülyasına düşürdülər. Saxtakar erməni tarixçiləri özuydurmaları ilə başları dumanlandırır, erməni xalqının qədimliyi barədəyalanları həqiqət kimi gözə soxmağaçalışırdilar. Yalanları bizim də beynimizə yeritmək istəyirdilər.

İrəvan adınınyaranması da, İrəvan xanlığının Azərbaycanın 9 xanlığından biri olması və əhalisinin azəri-türklərindən olması da hamıya bəllidir".

Bizə məlum olanbudur ki, 1390-cı ildən 1828-ci ilə qədər, 500 ilə yaxın bir dövrdə Xanlığı azəri türkləri idarə edib. 1828-ci illərdə İrandan,Turandan gələn ermənilər "Özümə yer eləyim, gör sənə neyləyim" əməliilə işə girişiblər. Onlar yerlərini möhkəmlətdikcətorpaq iddiaları da artırdı. Həsən müəllim sözünə davam elədi:

- " Bununlabelə hələ əsrin əvvəlində şahidi olduğum bəzi məsələlərdən söhbət açmağı lazımbilirəm.

1920-ci ildə İrəvanşəhər adlansa da böyük olmayan qəsəbəni xatırladırdı. Zəngibasar tərəfdən şəhəringirəcəyində dəmir yol vağzalı vardı. Şəhərlə vağzal arasında 3-4 km məsafədəbütün günü sərnişin daşıyan faytonçuların səsi eşidilirdi. O vaxt şəhər şərqlibasını saxlayırdı. Şəhərdən Dəlmə və Sərdarbağlarına gedən yol Zəngi çayının üstündəki Şah Abbas körpüsündən keçirdi. Şəhərinməhəllələri belə adlanırdı: - Təpəbaşı, Hacı Novruzali, Körpüqulağı, Dəmirlibulaq, Şirəçi, Müsəlman çarşısı. Yadımdadır belə mahnı da oxuyurdular.

İrəvan çarşıbazar,

İçində qızlar gəzər.

O ərazidə 2kavansara, 2 hamam, 10 məscid-Şah Abbas Məscidi, Göy Məscid, Körpüqulağı Məscidi,Kümbəzli Məscid, Zilxan Məscidi, Şəhər Məscidi, Hüseynəli Məscidi, Novruzalı Məscidi,Günlüklü Məscid, Təpəbası Məscidi əhaliyə xidmət edirdi.

(ardı növbətisayımızda)

Əvəz Mahmud Lələdağ