Yağış, qar, dolu, şimşək... - SABAHIN HAVASI
Mayın 18-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 14-16° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 11-16°, bəzi yerlərdə 19-23° isti olacaq.
Digər Xəbərlər
17 May 2026 15:24
WUF13-də nazirlər səviyyəsində görüş keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
17 May 2026 14:37
"Qadınların iştirakı şəhərləri daha təhlükəsiz edir" - Bahar Muradova
17 May 2026 14:31
"Azad edilmiş ərazilərimizin bərpasında ağıllı həllər tətbiq olunur" - Komitə sədri
17 May 2026 13:59


Bakı -°C

