“Həmin görüntülər həqiqəti əks etdirmir" - VİDEO
Azərbaycan Hava Yolları (AZAL) bildirir ki, sosial şəbəkələrdə yayılan və Naxçıvan Beynəlxalq Hava Limanında hazırkı vəziyyəti əks etdirdiyi iddia olunan köhnə görüntülər həqiqəti əks etdirmir.
Adalet.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda Naxçıvan istiqamətində uçuşlar əvvəlki qaydada həyata keçirilir, hava limanında əməliyyat vəziyyəti stabildir və sərnişinlərə xidmət ştat rejimdə davam edir.
Son günlər müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən bəzi reyslərdə dəyişikliklər baş versə də, bütün qərarlar uçuş təhlükəsizliyi prioritet götürülərək qəbul olunub.
Azərbaycanın milli aviadaşıyıcısı yalnız rəsmi mənbələr tərəfindən yayılan məlumatlara istinad olunmasını tövsiyə edir.
Digər Xəbərlər
17 May 2026 13:59
WUF13-də yerli və regional hökumətlərin Ümumdünya Assambleyası keçirilir
17 May 2026 13:30
Qarabağ atları Avropada yenidən diqqət mərkəzində
17 May 2026 10:59
“WUF13-də Bakının Baş Planına dair təqdimat keçiriləcək” - Anar Quliyev
17 May 2026 10:46


Bakı -°C

