adalet.az header logo
  • Bakı -°C
17 May 2026 14:31
80
GÜNDƏM
A- A+

"Azad edilmiş ərazilərimizin bərpasında ağıllı həllər tətbiq olunur" - Komitə sədri

"İnsanların həyat keyfiyyəti yalnız iqtisadi imkanlardan deyil, eyni zamanda təhlükəsiz, əlçatan və insan yönümlü şəhər məkanlarında yaşamaq imkanından da asılıdır".

Adalet.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyasında (WUF13) çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, bu gün dünyanın bir çox bölgəsində qadınlar və qızlar adekvat mənzilə və təhlükəsiz yaşayış şəraitinə çıxış baxımından hələ də ciddi çətinliklərlə üzləşirlər:

"Silahlı münaqişələr, humanitar böhranlar və iqlim dəyişikliyi onların həssaslığını artırır və əsas xidmətlərə çıxışı məhdudlaşdırır. Eyni zamanda, mülkiyyət hüquqlarına, iqtisadi imkanlara və sosial müdafiə mexanizmlərinə qeyri-bərabər çıxış mövcud bərabərsizlikləri daha da dərinləşdirir. Bu səbəbdən, gender-həssas yanaşmalar şəhərlərin gələcəyini formalaşdıran strateji gündəliyin vacib hissəsinə çevrilib. Uzun illər ərzində münaqişənin nəticələrini yaşamış bir ölkə kimi, Azərbaycan post-münaqişə dövründə dayanıqlı bərpa modeli və insan yönümlü şəhər inkişafını təşviq edir. Azad edilmiş ərazilərimizin genişmiqyaslı bərpası və yenidən qurulması prosesində müasir şəhərsalma prinsipləri və ağıllı həllər tətbiq olunur".