adalet.az header logo
  • Bakı -°C
17 May 2026 14:39
83
SİYASƏT
A- A+

Türkiyə və Azərbaycan ekologiya sahəsində müqavilələr imzalayacaq

Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum mayın 18-də Bakıya səfər edəcək.

Adalet.az xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində report-a açıqlamasında Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Ömər Bulut deyib.

O qeyd edib ki, M. Kurum Bakıda həmkarı ilə görüşəcək.

Onun sözlərinə görə, səfər çərçivəsində bəzi müqavilələrin imzalanması gözlənilir.