Xocalıda 147 sakin tibbi müayinədən keçirilib
İşğaldan azad olunmuş Xocalı rayonunda “Böyük Qayıdış” Proqramı çərçivəsində səyyar tibbi aksiya keçirilib.
Adalet.az xəbər verir ki, aksiya Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun mütəxəssisləri tərəfindən həyata keçirilib.
Tibbi müayinələrin əsas məqsədi əhalinin sağlamlıq vəziyyətini qiymətləndirmək, xəstəlikləri erkən mərhələdə aşkarlamaq və tibbi xidmətlərin əlçatanlığını artırmaq olub.
Xüsusi avadanlıqlarla təchiz edilmiş mobil klinika və modul tipli səyyar laboratoriya vasitəsilə sakinlərə yaşadıqları ərazidə müxtəlif diaqnostik xidmətlər göstərilib.
Aksiya çərçivəsində pulmonoloq, ftiziatr, allerqoloq və kardioloqlar, eləcə də şüa diaqnostikası və laboratoriya mütəxəssisləri fəaliyyət göstəriblər. Sakinlər üçün flüoroqrafiya, rentgen, elektrokardioqrafiya (EKQ), exokardioqrafiya, ultrasəs müayinəsi (USM), spirometriya, Mantu sınağı və arterial qanın qaz tərkibinin analizi aparılıb.
Müayinələr zamanı sağlamlıq problemləri aşkarlanan şəxslərə tibbi tövsiyələr verilib, zəruri hallarda müalicə təyin olunub və əlavə müayinələr üçün ixtisaslaşmış həkimlərə yönləndirmələr edilib.
Ümumilikdə, aksiya zamanı Xocalının 147 sakini tibbi müayinələrdən keçib. Sakinlərə, həmçinin ağciyər xəstəliklərinin risk faktorları, ilkin əlamətləri və profilaktikası barədə məlumat verilib.
Səhiyyə Nazirliyinin məlumatına görə, “Böyük Qayıdış” Proqramı çərçivəsində səyyar tibbi müayinələrin işğaldan azad olunmuş digər ərazilərdə də davam etdirilməsi nəzərdə tutulur.
Digər Xəbərlər
15 Oktyabr 2026 13:24
“Hər gün saatlarla telemsafonda oturanların kürək hissəsi donqarlaşır”
14 Oktyabr 2026 07:21
Dırnaqlardakı dəyişikliklər hansı xəstəliklərdən xəbər verir?
14 Oktyabr 2026 07:19
Yedikləriniz əhvalınıza təsir edirmiş
13 Oktyabr 2026 18:22
Yeni doğulmuş körpədə çətin əməliyyat aparıldı - 300 mində bir rast gəlinir
13 Oktyabr 2026 17:35
Azərbaycan Sənaye Sığorta Şirkəti Ümumdünya Görmə Günü münasibətilə maarifləndirici tədbir keçirib
13 Oktyabr 2026 11:11
Dünyada hər 7 nəfərdən birində psixi problem var
12 Oktyabr 2026 20:30
Uşaqlarda oynaq ağrısı və şişkinlik nədən xəbər verə bilər? – Açıqlama
12 Oktyabr 2026 18:03


Bakı -°C

