Xocalı Soyqırımı Memorialı bu ərazidə yaradılacaq
Xocalı Soyqırımı Memorialı Heydər Əliyev Fondu tərəfindən Xocalı-Əsgəran avtomobil yolunun üzərində yaradılacaq.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Аnar Ələkbərov dövlət başçısı İlham Əliyevə Xocalı Soyqırımı Memorialı barədə məlumat verərkən deyib.
Bildirilib ki, bu memorialın yaradılması bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.
Memorial müxtəlif bölmələrdən ibarət olacaq. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş faciə, həmçinin Xocalının tarixi, coğrafi əhəmiyyəti, dinc əhaliyə qarşı törədilmiş faciədən əvvəl Xocalıdakı həyat barədə faktlar yer alacaq. Memorialda Xocalının coğrafi mövqeyini təsvir etmək məqsədilə rayonun maketi də yer alacaq.
Digər Xəbərlər
13 Mart 2026 19:54
Ramazanın 24-cü günü: Dua, imsak və iftar vaxtı
13 Mart 2026 19:01
Küçədə elektron siqaret çəkənlər cərimələnəcək - TƏSDİQLƏNDİ
13 Mart 2026 17:53
Kamran Əliyev ağac əkdi - FOTO
13 Mart 2026 17:36
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
13 Mart 2026 17:12
"İnsanlar yolu tək deyil, 8-10 nəfər toplaşdıqdan sonra keçsinlər" - Deputat
13 Mart 2026 16:46
MN-dən Türkiyəyə atılan raketlə bağlı açıqlama
13 Mart 2026 14:34
Naxçıvanda əhalinin sayı artıb
13 Mart 2026 12:51


Bakı -°C

