Xərçəng olduğu düşünülən adamın ciyərində görün nə tapıldı
Çində 2 ildir öskürəyi keçməyən adamın şikayətinin xərçəngdən olduğu düşünülərkən, öskürəyinin əsl səbəbinin ciyərlərində ilişib qalmış acı bibər parçası olduğu ortaya çıxıb.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Çinin şərqindəki Zhejiang əyalətində 54 yaşlı Xu davamlı öskürdüyü üçün dərman istifadə edib, bitki mənşəli müalicə yollara müraciət edib.
Tətbiq etdiyi üsullara baxmayaraq heç bir yaxşılaşma əlaməti göstərməyib. Şikayəti davam etdiyi üçün xəstəxanaya getməyə qərar verib. Müayinələr nəticəsində həkimlər Xunun sağ ağciyərində təqribən 1 santimetrlik kütlə müşahidə edib və onlar bunun bədxassəli şiş olduğu ehtimalı üzərində dayanıb.
Lakin gözlənilməz hadisə baş verib. Aparılan testlər nəticəsində həkimlərin bədxassəli şiş olduğunu düşündüyü kütlənin əslində acı bibər parçası olduğu üzə çıxıb.
2 il əvvəl yemək yeyərkən boğazına bir az bibər parçasının qaldığı və bu səbəblə də kişinin öskürəkdən əziyyət çəkdiyi məlum olub.
Digər Xəbərlər
23 Sentyabr 2026 09:32
Miqren riskini artıran səbəb üzə çıxdı - Qadınlarda 3 dəfə çoxdur
22 Sentyabr 2026 14:26
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
22 Sentyabr 2026 10:39
Saxta kosmetik məhsulu necə tanımaq olar? - Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ
22 Sentyabr 2026 10:37
Gigiyenik sertifikatı olmayan məhsulla bağlı nələri bilməliyik?
21 Sentyabr 2026 07:23
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
18 Sentyabr 2026 15:56
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
17 Sentyabr 2026 17:36
Xocavənddə təcili tibbi yardım bölməsi istifadəyə verilib
16 Sentyabr 2026 15:54


Bakı -°C

