24 Iyun 2025 13:11
99
GÜNDƏM

Xarici maliyyə mənbələri ilə bağlı bank əməliyyatları sərtləşdirilir

Qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrdən irəli gələrək bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılması məhdudlaşdırılır.

Adalet.az  xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edilib ki, bu dəyişiklik sadalanan xidmətlərdə şəffaflığın təmin edilməsi məqsədi daşıyır. Xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən yaxud bununla əlaqədar maliyyə vəsaiti və (və ya) başqa maddi formada vəsaiti və (və ya) başqa maddi formada vəsait qəbul edilməsi müvafiq qaydada inzibati məsuliyyətə səbəb olacaq.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib. 

Nicat