24 Iyun 2025 11:28
282
GÜNDƏM

Ermənistan Rusiyanı mütəmadi "vurur", amma  cavabı verilmir: SƏBƏB BİZİK

Erməni politoloq və ekspertlərinin bir çoxu uzun müddətdir Ermənistan hakimiyyətinin səhv siyasət apardığının qənaətindədirlər.

Yadınızdadırsa, hələ 2023-cü ildə Ermənistan ərazisində KTMT təlimləri keçirməyə razı olmadığını bildirmişdi. Ermənistan daha sonra da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi təlimlərindən imtina etdi. Hətta 2024-cü ildə Astanada KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sessiyası keçirilərkən Paşinyan sesiyaya getmədi.

Elə həmin ili - 2023- cü ildə Ermənistan parlamenti Roma statutunu qeyd-şərtsiz ratifikasiya etdi. Bilirsiniz bu sənəd - Ermənistanda Roma statutu təsdiqlənməsi o deməkdir ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistana gedərsə həbs olunmalıdır.

Bir çox deputatlar, o cümlədən, “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan parlamentin iclası başlamamışdan əvvəl dedi ki, məsələnin parlamentin gündəliyinə salınması Ermənistan Konstitusiyasına zidddir. Hətta Kremlin sözçüsü Dmitri Peskov isə Ermənistan parlamentinin qərarını düşmənçilik kimi qiymətləndirdi.

Daha sonra - ötən ilin son günlərində isə Ermənistan Baş naziri Nikol Paşinyan bildirdi ki, Rusiya qoşunları Ermənistan-İran sərhədindən çıxarılıb.

Bütün Rusiyaya, eyni zamanda Putinə qarşı bu addımları atan Ermənistanın tezliklə cəzalandılıacağı həyəcanla gözlənilirdi. Hətta qeyri-rəsmi söhbətlərdə tezliklə Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının tezliklə ərazidən çıxarılacağı da deyilirdi.
Yuxarıda qeyd etdiyim kimi, Ermənistanın politoloq və hərbi ekspertləri həyəcan təbili çalır, tezliklə Rusiyanın İrəvanda Kiyev variantına - dağıdıcı həmləyə başlayacağını qeyd edirdilər.

Maraqlıdır ki, Ermənistan iqtisadi olaraq Rusiyadan asılı olduğu halda bu addımları atır. Sanki vurulmayacağını bilir, Gürcüstanın, Ukraynanın gününə salınmayacağından əmindir.
Təsəvvür edin, Roma sənədi qəbul edilən ərəfədə - 2023-cü ildə sentyabrın 21-də Rusiya hökuməti ölkədən kommersiya xarakterli benzin və dizel yanacağının ixracına qadağa qoyduqdan sonra Ermənistanda neft məhsullarına olan tələbatın ödənilməsi ilə bağlı təşviş yaranmışdı və bu benzinin qiymətinin 30-40%-ə qədər bahalaşmasına səbəb olmuşdu. Bundan sonra Ermənistan hökuməti oktyabrın əvvəlində Rusiyaya rəsmi şəkildə müraciət edərək 15 min ton benzin və 20 min ton dizel yanacağının alınmasına nail oldu.

Rusiya iqtisadçıları bildirir ki, Ermənistanın yeganə atom elektrik stansiyası olan Metsamor stansiyası da Rusiyanın Rosatom şirkəti tərəfindən idarə edilir. Stansiyanın fəaliyyəti üçün lazım olan uran da Rusiyadan idxal edilir və stansiyanın radiaktiv tullantılarının emalı da rus şirkəti tərəfindən həyata keçirilir.

Ermənistanda istehsal edilən elektrik enerjisinin 35-40%-i bu stansiyanın payına düşür. Stansiyanın istifadə müddəti 2012-ci ildə bitsə də aparılan yeniləmə işləri nəticəsində 2027-ci ilə qədər uzadılıb. Bunun üçün Rusiya tərəfindən Ermənistana 270 milyon dollar kredit, 30 milyon dollar qrant ayrıldı. Yeniləmə işləri Rusiyanın “Atomenerqoremont” şirkəti tərəfindən aparılmışdı.
Ermənistanı yaradan, onu dövlət edən Rusiyadır. Heç bir halda "sənətkar" öz əsərini yandırmaz .Yəni, belə hal olubsa da çox nadir haldır.
Rusiya o səbəbdən Ermənistanı vurmur.Rusiyanın "ərköyün balası" olduğunu tam anlayır. Çünki yer üzündə elə bir millət yoxdur ki, xəyanəti, nankorluğu, acgözlüyü, yalanı, həyasızlığı bu xalq qədər bacarsın və Putin, eləcə də bütün var olmuş sovet rəhbərlərinə ən sərf edən alət olublar. Yəni nadürüstlükdə nadir nüsxədirlər.
Xatırlayırsınız, ötən ay Rusyan XİN rəhbəri İrəvana gəlmişdi, İrəvan küçələrində ona və onun hökümətinə qarşı etiraz aksiyaları keçirildi Putin küfrlər olundu, onu "uşaq qatili", "şeytan " adlandırdılar..

Üstəlik ötən həftə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun sessiyasında Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk çıxışında bəyan etdi ki,Rusiya Ermənistan səmasının onun üçün bağlana biləcəyindən ehtiyat edir. Yəni Ermənistandan bu hərəkəti də gözləyirlər.
Ermənistanın Rusiyaya qarşı bütün dirənişlərinin fonunda əslində İrəvan çoxdan bombardman olunmalıydı. Bu Putinin xəttidir. Amma edilmir. Çünki, Ermənistan Azərbaycana və Türkiyəyə qarşı ən əlverişli alətdir, maşadır. Rusiya Ermənistanı məhv edərsə, düşmən hesab etdiyi hər iki ölkə qarşısında özünü silahsız hesab edər.
Odur ki, Ermənistanın bütün kaprizlərinə təmkinlə dözür və hətta onun başını sığallamaqda davam edir. Belə ki, Ermənistanın iqtisadi cəhətdən ondan asılı olduğunu bilə -bilə də ona bütün qapılarını taybatay açır.

Son olaraq:Bu il iyunun 1-dən 23-dək Ermənistandan ərik yüklənmiş 502 yük maşını artıq Rusiya gömrük sərhədindən keçib. Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan yazıb:"Təkcə son 3 gündə ərik yüklü 136 yük maşını Rusiyaya daxil olub”. Yəni elə təkcə bu fakt göstərir ki, Rusiya heç vaxt  ermənilərin əriyini əzməyəcək, xarab etməyəcək, hətta öpüb gözünün üstünə qoyacaq. Buna el arasında  "əriyini əzdirməyən"  də deyilir. Eynən  Rusiyaya güvənərək Ermənistan kimi özünə əmin olan insanlar nəzərdə tutulur. 
İndi  açmamızı açaq:Rusiya üçün Azərbaycan və Türkiyə var olduqca, birliyi sarsılmadıqca Ermənistana "gözün üstə qaşın var" deyən olmayacaq...

 Əntiqə Rəşid