“Azerçay” 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”ndə - FOTO
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un birgə təşkilatçılığı ilə keçirilən “Yerli şirkətlərin tanıtım sərgisi”nin tərəfdaşlarından biri də “Azerçay” olub.
18-21 iyun tarixində “Bakı Ekspo Mərkəzi”ndə baş tutan sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın yerli şirkətin məhsul və xidmətləri nümayiş olunub. Tədbir çərçivəsində doğma çay markası qonaqlara “Azerçay ətirli” məhsulunu təqdim edib. Eyni zamanda ziyarətçilərə adıçəkilən məhsuldan hədiyyə verilib.
Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.
Ənənəsinə sadiq qalan doğma çay markası sərgiyə gələn qonaqları çay süfrəsinə qonaq edib. Həmçinin 4 gün davam edən tədbirin qonaqlarına milli çay markası haqqında məlumat verilib.
Qeyd edək ki, doğma çay dünyanın 40-dan artıq ölkəsində Azərbaycan çay mədəniyyətini təmsil etməklə yanaşı, Azərbaycanda çay adət ənənələrini qoruyub saxlamaq missiyasını daşıyır. Eyni zamanda “Azerçay” markası həyata keçirilən bu kimi tədbirləri dəstəkləyir.
Digər Xəbərlər
13 Dekabr 2025 15:54
Azərbaycanda 1C üzrə ilk praktiki seminar keçirildi - FOTOLAR
12 Dekabr 2025 17:35
Kafe və restoranların dövriyyəsi 2.5 mlrd. manata yaxınlaşıb
12 Dekabr 2025 17:11
Vəfat edən şəxsin sığorta məbləği ailəsinə veriləcək? - AÇIQLAMA
12 Dekabr 2025 14:20
Mqer Qriqoryan: "Azərbaycan neft məhsullarının idxalı üçün imkanlar var"
12 Dekabr 2025 10:50
“Strateji qida menyusu artıq bizim adət etdiyimiz kimi mətbəxlərdə bişmir...”
11 Dekabr 2025 15:07
“Azərbaycanın kredit reytinqinin yüksəlməsi hər zaman müsbət siqnaldır”
10 Dekabr 2025 17:20
İqtisadi Şura və İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirildi - FOTOLAR
10 Dekabr 2025 13:47


Bakı -°C

