adalet.az header logo
  • Bakı -°C
14 Aprel 2026 20:16
133
GÜNDƏM
A- A+

Anar Bayramov TƏBİB-in İcraçı direktoru TƏYİN EDİLDİ

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”  (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının sədri, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun sədrliyi ilə Şuranın iclası keçirilib.

Adalet.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, iclasda Prezidentin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in İcraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb.

Müşahidə Şurasının qərarı ilə Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib.

O, Prezidentin 17 aprel 2025-ci il tarixli Sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin edilmişdi.