Xalq artisti: “Qolumla alnımın tərini silib, o sənədə imza atdım”
Xalq artisti Afaq Bəşirqızı illər əvvəl yaşadığı əzablı həyatından söz açıb.
Adalet.az bildirir ki, aktrisa “Pryanik zavodu”nda işlədiyi vaxtlarda yaşadığı acı xatirəsini xatırlayıb:
İndi hər kəs ekranlarda mərd, dözümlü, sözünün kəsəri olan Afaq Bəşirqızını görür. Amma bu görüntünün alt qatında yaşananları çoxları bilmir. Mən Afaq olmaq üçün çox əziyyətlərə qatlaşdım. Atamın zamansız ölümü ilə ikinci dəfə yetim qaldım. Bu həyatımın mənəvi yükünü daha da artırırdı. Çətindir bu yükün altından çıxıb, həyata sinə gərib düz yaşamaq. Həyata sinə gərmək iki cür olur: namusu qorumaqla və aclığa dözməklə. Həyat gördündüyü qədər asan deyil. Atamdan qalan evi öz adına keçirmək üçün analığım iş yerimə gəlmişdi. Onda mənim 16-17 yaşım olardı. Pryanik zavodundan işləyirdim. Qolumla alnımın tərini silib həmin sənədə qol çəkdim. Heç düşünmədən, sonumun nə olacağını fikirləşmədən bu addımı atdım”.
Əntiqə
Digər Xəbərlər
12 Sentyabr 2026 10:16
“Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - VİDEO
10 Sentyabr 2026 16:17
İşğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb
09 Sentyabr 2026 18:40
Bu teatrlar Nazirliyin tabeliyinə verildi
09 Sentyabr 2026 17:57
Leyla və Arzu Əliyevalar qızları ilə Madriddə - FOTOLAR
09 Sentyabr 2026 10:54
Aleksandr Şarovski İkinci Fəxri Xiyabanda dəfn olunacaq
09 Sentyabr 2026 09:51
Aleksandr Şarovski vəfat etdi
08 Sentyabr 2026 16:32
Elm, sənət və insanlıq zirvəsində - Gülnaz Abdullazadə
08 Sentyabr 2026 11:16


Bakı -°C

