adalet.az header logo
  • Bakı -°C
26 Fevral 2018 16:03
18713
ƏDƏBİYYAT
A- A+

Viktor Hüqo "Səfillər"i Britaniyada yazmışdı...

 

Hüqo insan hüquqlarının müdafiəçisi idi

 

Hüqonun dünyaya təsiri ədəbiyyatdan daha çox idi. Yazdığı "Səfillər”dəki Jan Valjanın çörək oğurlayıb türməyə düşməsindən sonra  kəfalət axtarışı, siyasəti, yoxsulluğu və əxlaq fəlsəfəsini misal göstərmək olar.

 

Bununla yanaşı Hüqo 1984-cü ildə Fransa Milli Məclisində bütün vətəndaşların səs haqqını, bütün uşaqlara təhsil almaq haqqını və yoxsulluğun sona çatmasını tələb edərək mühafizəkarlarla əlaqələrini kəsdi.


Ölüm cəzasını ləğv etdirmək üçün təşkil etdiyi kampaniya millətlər arası şöhrət qazandı.

 

Fransanın ən məşhur romanı əslində Britaniyada yazılmışdı.

 

Napalyonu hirslə tənqid edən Hüqo 1851-ci ildə Bonapartın iqtidara gəlməsi ilə Fransadan qaçmağa məcbur oldu.

Bir müddət Belçika və Jersey adasında qalandan sonra Manş adalarına köçdü və 15 il orada qaldı.

Bu dövr yazıçının həyatındakı ən gözəl dövr oldu. Hüqo burada ən məçhur iki şeir kitabını yazdı və 1854-cü ildə başlayıb, 1862-ci ildə "Səfillər”I burada yazıb bitirdi.

Bu da Fransız ədəbiyyatının ən məşhur əsərinin Britaniya torpaqlarında yazıldığıl mənasına gəlib çıxır.

 

O, "Səfillər”i yazdığı dövrdə özünü yazmağa məcbur etmək üçün yaxşı bir üsul da tapmışdı. O, paltarlarını soyunur və qələm-kağızdan başqa diqqətini dağıdan bütün şeylərdən kənar bir otağa çəkilərdi. Xidmətçilərinə belə tapşırmışdı ki, mən yeni bir şey yazmayınca paltarlarımı mənə verməyin.

 

Hüqo Buddizm, Taoizm, Konfutsiçilik və Xristianlığı özündə birləşdirən "Cao Dai” dininə görə "əziz” bir insan olaraq qəbul edilirdi.

 

1926-ci ildə ölümündən 40 il sonra başlayan bu dini axının ən əziz adamlarından biri idi Hüqo.

Şimali Vyetnamın Tay Ninh şəhərindəki "Cao Dai” məbədində Hüqonun heykəli də var.  

 

Hüqo 1822-ci ildə həyat yoldaşı Adele Fuxer ilə evləndi. Ancaq onun 46 illik evlilik həyatında bir çox sevgililəri olub. Şorgöz yazıçının ən sadiq sevgilisi Culiyetta Druetin evi onların evinə yaxın idi. Culiyetta Hüoqya sevigili olduqları zaman qısqanclığını və bağlılığını ifadə edən 20 min məktub yazmışdı.