“Xalq “get” desə, mən kiməm ki, getməyim?” - Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində İrəvanın Avan rayonuna səfər edib.
Adalet.az “Armenpress”ə istinadən xəbər verir ki, Paşinyanın rəhbərliyi ilə Avan rayonunda yürüş edən hakim “Vətəndaş Müqaviləsi” nümayəndələri sakinlərlə görüşüb, seçki bukletləri paylayıb və xalqı seçkilərdə fəal iştirak etməyə çağırıblar.
Baş nazir öz çıxışında ölkədə yeganə qərarverici qüvvənin xalq olduğunu iddia edib:
“Bu, mənim və komandamın siyasi fəaliyyətinin əsas prinsipidir. Xalq mənim getməli olduğumu qərara aldığı an heç bir müzakirə aparmadan postumu tərk edəcəyəm. Əgər seçicilərin yarısından çoxu (50+1%) “Nikol, qal” desə, qalacağam. Yox, əgər “get” desələr, Nikol kimdir ki, getməsin? Nikol sadəcə bir xidmətçidir. Görmüsünüzmü, xidmətçi “yox, getmirəm” deyə bilərmi?”.
Xatırladaq ki, Ermənistanda mayın 8-də start götürən seçkiqabağı təşviqat kampaniyası iyunun 5-nə qədər davam edəcək. Parlament seçkilərində iştirak etmək üçün 19 siyasi qüvvə (2 ittifaq və 17 partiya) qeydiyyatdan keçib.
Digər Xəbərlər
23 May 2026 16:17
Asim Munir Tehranda Pezeşkianla görüşdü
23 May 2026 15:34
Hörmüz boğazından 25 gəmi keçib
23 May 2026 11:45
Çində mədəndə partlayış: 90 nəfər öldü - YENİLƏNİB
23 May 2026 08:48
İran parlamenti Trampa qarşı sui-qəsdə görə mükafat təyin edəcək
23 May 2026 08:20
Tramp İrana qarşı sonuncu əməliyyata hazırlaşır
23 May 2026 08:18
Bloomberg: Rusiya müharibəni 2026-cı ilin sonuna qədər başa çatdırmaq istəyir
23 May 2026 07:57
Bəqai: ABŞ və İran müharibənin dayandırılması üzrə razılaşmaya yaxınlaşmayıb
22 May 2026 09:47


Bakı -°C

