Sürətlə arıqlamaq orqanizmdə problem yaradır
Sürətlə çəki atmaq sağlamlıq üçün ziyandır. Bu, bir çox xəstəliklərin yaranması ilə nəticələnə bilər.
Adalet.az xəbər verir ki, mütəxəssislər sürətlə çəki itirənlərdə öd daşı problemi yaranır. Bu daha çox 40 yaşdan yuxarı insanlarda müşayiət edilir.
Öd kisəsi qaraciyərin altında yerləşən və yağlı qidaların həzmində rol oynayan bir orqandır. Öd daşı əsasən xolesterol və ya öd piqmentlərindən ibarət olan öd kisəsində əmələ gələn daşlardır. Müalicə edilməzsə, öd daşı öd yollarının tıxanması, öd kisəsinin və öd yollarının iltihabı və kəskin pankreatit kimi həyati təhlükə yaradan ağırlaşmalara səbəb ola bilər.
Bu ağırlaşmalar bəzən həyati təhlükə yarada biləcək ağır klinik vəziyyətlərə səbəb ola bilər. Əksər xəstələrdə öd daşları səssizdir və digər səbəblərdən aparılan müayinələr zamanı təsadüfən aşkar edilir. Öd daşı simptomlara səbəb olduqda, tipik şikayətlərə qarının yuxarı sağ və ya orta hissəsində yeməkdən sonra artan ağrı (ağrı sağ çiyinə və belinə yayıla bilər), yeməkdən sonra şişkinlik, həzmsizlik, ürəkbulanma və qusma daxildir. Öd kisəsi iltihabı ilə müşayiət olunan xəstələrdə qızdırma, üşütmə, sarılıq (dəri və gözlərin saralması) və sidik rənginin tündləşməsi kimi simptomlar müşahidə edilə bilər.
Bunun qarşısını almaq üçün mütəmadi idman, yavaş və nəzarətli çəki itirmə, yüksək lifli, balanslı yağlı pəhriz, bol su istehlakı və sürətli çəki itirmə pəhrizlərindən çəkinmək lazımır.
Bu müalicəni cərrahi əməliyyata aparmadan sağlamlığınıza diqqət edərək edə bilərsiniz. Pəhriz saxlayarkən çalışın sağlam qidalar yeyin. Az yemək problemi sürətləndirə bilər. Gün ərzində tez-tez və sağlam qidalar, tərəvəzlər sizi sağlam saxlayacaq. Qazlı sulardan çəkinin. Marqarindən hazırlanan qidalar sağlamlığınızı təhlükəyə atır.
Digər Xəbərlər
10 Avqust 2026 11:17
Bakıda daha bir kosmetoloji mərkəz lisenziyasız fəaliyyət göstərirmiş
10 Avqust 2026 09:13
Bu 3 faktor demensiyanı 13 il gecikdirir
09 Avqust 2026 00:51
Dünyada 2,2 milyard insanın görmə problemi var
08 Avqust 2026 15:58
Bu içkilər gələcəkdə yüksək təzyiqə səbəb ola bilər
07 Avqust 2026 09:31
Bir çox insan mədə problemi hesab edir - pankreas xərçənginin ilk əlamətiymiş
06 Avqust 2026 10:32
Ana südünü necə artırmaq olar?
05 Avqust 2026 15:30
Ana südü niyə bu qədər vacibdir? - Mütəxəssisdən açıqlama
05 Avqust 2026 15:29


Bakı -°C

