adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Mart 2019 12:56
74226
MÜSAHİBƏ

Vaqif Əsədov: "Özündənrazı sürücülərə güzəşt edilmir" - MÜSAHİBƏ

Bu sözləri bizimlə söhbətində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinibölmə rəisi, polis polkovniki Vaqif Əsədov xüsusilə vurğuladı

- Cənab polkovnik, hər vaxtınız xeyir olsun! Necəsiniz, nə var, nəyox?! Biz sizinlə od çərşənbəsində görüşürük. Qoy bu od çərşənbəsi ölkəmizə əmin-amanlıq,ruzi bolluğu gətirsin və sizin də ailənizi sevindirsin...

- Hal-əhval tutmağınıza görə, çox sağ olun. Şükür Allaha, bu gün əslyaz havasıdır. Gün çıxıb öz nurunu insanlara paylayır. Bundan gözəl nə ola bilər?Təbii ki, belə havada insanın ovqatı da yaxşı olur. Mənim də ovqatım şükürAllaha lap yaxşıdır...

- Əgər ovqatınız yaxşıdırsa, deməli, sizinlə söhbətimiz baş tutacaq.Ona görə də birbaşa mətləbə keçirəm: Bakı şəhərində yol-nəqliyyat hadisələrininböyük hissəsi piyada vurulması ilə bağlıdır. Yəni piyadavurma halları rəqəmlərindiliylə demiş olsaq, əlli faizdən yüksəkdir. Bu sizi narahat edirmi?

- Narahat yox ey, bu cür hadisələrin sayının artması bizim rəhbərliyi,eləcə də bütün əməkdaşları çox narahat edir.Yəni piyadaların vurulmaması üçün biz maksimum səviyyədə qabaqlayıcı tədbirlərgörürük, hərəkət iştirakçıları arasında maarifləndirmə işləri aparırıq.

- Bu işlər sistemli şəkildə aparılırsa, bəs onda bu qədər piyadalarınvurulması halları niyə çoxalır?

- Ona görə çoxalır ki, əksər halda piyadalar yolun təyin olunmuşyerindən deyil, nəqliyyat vasitələrinin hərəkət etdiyi intensiv yerdən keçirlər.Biz Bakıda hər keçidin yanına bir yol polisi qoya bilmərik, amma qabaqlayıcı tədbirlərgörə bilərik. Yəni hər gün olmasa da, günaşırı yol polisi, eləcə də post patrulxidməti əməkdaşları yeraltı və yerüstü keçidlərin, bununla yanaşı, təyinolunmuş yerlərin yanında reydlər keçirir. Elə bunun nəticəsidir ki, əvvəlki illərləmüqayisədə piyadavurma halları aşağı enib.

- Yəni piyadaların vurulma hallarını bundan da aşağı endirmək olarmı?

- Niyə olmur, olar. Amma bu hadisələr heç də hamısı yol polisiningücüylə həll edilə bilməz. Bu işdə bizə ilk növbədə piyadalar özləri kömək etməlidir.Yəni onlar yolun təyin edilmiş hissəsindən keçməlidilər. Bununla yanaşı, müxtəlifteleviziya kanalları və KİV-lər də maarifləndirmə işləri aparmalıdır. İctimaiyyətinözü də problemin həll olunmasında kənarda durmamalıdır.

- Vaqif müəllim, "ictimaiyyət” deyirsiniz. Amma bu ictimaiyyət çoxvaxt hadisələrə laqeyd yanaşır və soyuq münasibət bəsləyir. Məsələn, soruşandadeyirlər ki, əşi, mənim nə işimə qalıb ey, yolu düz keçməyinə irad tuturuq, oda bizi yaş yuyub quru sərir. Deyir ki, sən yol polisisən, get işinlə məşğulol!

- İctimai qınaqdan çəkinmək lazım deyil. Qanunu pozan kimsə buna görəhəmin insanları qınayırsa, düz yol tutmur. Onsuz da yol hərəkəti qaydasınıtez-tez pozanlar (istər sürücü olsun, istərsə də piyada) nə vaxtsa bununağrısını hiss eləyirlər. Bax, onda da hər şey gec olur. Bizdə vətəndaş fəallığıçatışmır. Kimin qınayıb qınamamasındanasılı olaraq gərək hər hansı hadisəyə ədalətli münasibət bəsləyəsən.

- Siz burda olmayanda bölmənizin baş inspektoru, polispolkovnik-leytenantı Rasim Abdullayevlə və idarənin əməkdaşlarıyla "20 Yanvardairəsi”ndə körpünün altında və metronun"İnşaatçılar” stansiyasının yanında piyadalarla bağlı reyd keçirildi. Və oreyddə biz də iştirak elədik. Təyinolunmamış yerdən keçən bütün piyadalar min bir bəhanə gətirirdilər...

- Onu düz deyirsiniz. Piyadaların ən böyük səhlənkarlığı ondan ibarətdirki, təyin olunmuş yerlərdən və keçidlərdən istifadə etmirlər və hardan gəldiyolu keçirlər. O reydin nəticəsi haqqında Rasim Abdullayev mənə də məlumatverib. Əllidən çox piyadaya xəbərdarlıq edilib. Neçə-neçə qanunu pozan piyadada İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə iyirmi manat miqdarında cəriməedilib. Görürsünüz, qanunu pozan çox piyada maarifləndirilib və cərimə edilməyib.Onlara xəbərdarlıq olunub. Bax, bu piyadalar nəticə çıxarmalıdılar. Deyirsinizki, piyadalar qanunu pozduqlarına görə, min bir bəhanə gətirir. Bu həmişə beləolub. Biri deyir xəstəyəm, yeriyə bilmirəm, biri deyir tələsirəm, biri də deyirki, fikirliyəm. Xəstələri və qocaları başa düşürük. Bəs bu cavanlara nə olub?!

- Gecə reydləriniz olurmu və bu gecə reydləri gündüz reydlərindən birqədər çətindir? Xüsusən gecə reydləri vaxtı çoxlu sayda sərxoş sürücülər aşkarlanır. Bu gün o reydlər davam edirmi?

- Birmənalı olaraq deyə bilərəm ki, gecə reydləri hər gün davam edir.Düzdür, əvvəlki vaxtlarla müqayisədə sərxoş sürücülər xeyli azalıb. Bu da yolpolisinin həyata keçirdiyi proflaktik tədbirlər nəticəsində mümkün olub. Üstəlikdə spirtli içki qəbul edən bir çox sürücülər "Ayıq sürücü” xidmətindən istifadəedir...

- "Ayıq sürücü” dediniz, camaat arasında gəzən söz-söhbət yadımızadüşdü. Çünki sözün açığı bəzi sürücülər deyir ki, "ayıq sürücü”lər yol polisiyləəlbirdi, sürücünü gətirib düşürür evinin yaxınlığında, sürücü də sükan arxasındaəyləşən kimi, yol polisi də onun başının üstünü kəsdirir. Yol polisi onusaxlayır və protokol tərtib edir...

- Bu deyilənlərin heç biri həqiqətə uyğun deyil. Birincisi, "ayıqsürücü” həmin adamı düz aparıb evinin yanında qoyur, maşını həyətdə saxlayıbgedir. Bundan sonra heç kəs ona müdaxilə edə bilməz. Əgər sürücü sükanarxasında deyilsə, heç kəs onu saxlaya bilməz. Spirtli içki qəbul edib lapevinin yanında da olsa avtomobili idarə edirsə, yol polisi onu saxlamalıdır.

- Cənab polkovnik, siz 8 Mart Beynəlxalq Qadınlar bayramında həmişəxanım sürücüləri şəhərin müxtəlif yerlərində saxlayaraq onları təbrik edir, güldəstəsi, hədiyyələr verirsiniz. Bu dəfə də 8 Martda belə tədbir olacaqmı?

- Artıq neçə illərdir ki, Bakı Şəhər Yol Polisi İdarəsi xanım sürücüləri8 martda təbrik edir, onlara hədiyyə verir. Hətta qaydanı pozan xanım sürücülərcərimə edilmir, onlarla səmimi söhbət olunur və gül dəstəsi təqdim olunur. Bu dəfədə xanım sürücülərə çoxlu hədiyyəmiz olacaq. Allah qoysa, bu hədiyyələri nümunəvixanım sürücülərə verəcəyik. Qaydanı pozan xanımlar da diqqətdən kənarqalmayacaq.


Söhbətləşdi: Faiq QİSMƏTOĞLU