Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - YENİLƏNİB
Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub.
Adalet.az xəbər verir ki, "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində ADA Universiteti ilə Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu ADA Universitetinin rektoru Hafiz Paşayev və Kambocanın Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutunun prezidenti Fann Makara mübadilə etdilər.
"Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın, habelə vergi üstünlüklərindən sui-istifadənin qarşısının alınması haqqında Saziş"i Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Kambocanın ticarət naziri xanım Çam Nimul mübadilə etdilər.
"Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Çərçivə Sazişi"ni Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Kambocanın ticarət naziri xanım Çam Nimul mübadilə etdilər.
***
11:34
Azərbaycan Respublikası və Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub.
Adalet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Digər Xəbərlər
12 Oktyabr 2026 13:35
Prezidentin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNİB
12 Oktyabr 2026 11:47
“Doğrudanmı siyasətdə əxlaq yoxdur?”
12 Oktyabr 2026 11:43
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident
12 Oktyabr 2026 11:37
"Süni intellektin inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir" - İlham Əliyev
12 Oktyabr 2026 11:36
"Türk xalqlarının mədəni irsinin qorunması fəaliyyətimizin aparıcı istiqamətlərindəndir" - Dövlət başçısı
12 Oktyabr 2026 11:35
"Azərbaycan Türk dünyasının birləşməsi naminə bütün səylərini səfərbər edib" - İlham Əliyev
12 Oktyabr 2026 11:34
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü başladı
12 Oktyabr 2026 11:33


Bakı -°C

