adalet.az header logo
  • Bakı -°C
17 Noyabr 2025 16:28
62
İDMAN
A- A+

Uşaqlara meydan(ça) verin... - Elşad Paşasoy yazır

Azərbaycan millisinin 1-3 hesabı ilə Fransaya uduzmasının günahkarı Şahruddin deyil. Onun azərbaycanca danışmasını isə ələ salmaq yox, əksinə, alqışlamaq lazımdır. Ən məşhur oyunçular bəzən elə səhvlər edirlər ki...Oyuna 8-ci dəqiqədən baxdım, yuxudan ayılanda... Hesaba baxdım, elə bildim yuxudayam: 1-0!!! 4-cü dəqiqədə qol vurmağı bacardı uşaqlar.

Özlərini bəzən qaldırıb yerə çırpırdılar, top uğrunda. Bundan o tərəfə mümkün olmurdu. Bu, acı reallıqdır ki, futbolumuzun durumu ürəkaçan deyil, bunun əziyyətini illərdir fədakarlıq edən "Qarabağ FK" da çəkir. On illərin problemləri qalaqlanıb. Amma ümidsiz olmayaq, mümkündür. Uşaq futbolundan çox danışılır. Şəhər və rayonlarda mini meydançalar üçün nə lazımdır: ətrafı üçün "setka" - dəmir tor, iki qapı və yerə döşəmək üçün yumşaq döşəkçə tipli material. (Süni ot örtüyü zədələnmələrə səbəb olur, amma asfaltdan yaxşıdır) Uşaqlarımız bu minvalla futbol oynamağa başlasa, 10-15 il sonra azı U12-dən başlamış yuxarı yaşlara qədər uşaqlarımızın uğurlarına şahid olacağıq, klublarımız da, millimiz də yerli futbolçulardan korluq çəkməyəcək, üstəlik, Arda Gülər kimi milyonlarla dəyəri olan yeniyetmə və gənclərimizlə fəxr edəcəyik. Top qovmaqla ayaq açan uşaqlara meydan(ça) verin, və nəticəsini görün, lütfən! Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA milli baş məşqçiyə etibar etməklə çox doğru qərar verdi. Amma davamı gəlməlidir...

Hələ də gec deyil...Dünən o qədər azarkeşi peşiman yola salmaq insafdan deyildi...Amma yenə də deyirəm, günah Şahruddində deyil, elə hamımızdadır...