Ramin Məmmədov Avropa İttifaqının Azərbaycandakı səfiri ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Avropa İttifaqının (Aİ) Azərbaycandakı yeni səfiri Mariyana Kuyundziç ilə görüşüb.
Adalet.az xəbər verir ki, görüşdə Dini Komitənin sədri Azərbaycanda multikulturalizmə əsaslanan dövlət siyasəti, dini etiqad azadlığının yüksək səviyyədə təmin olunması, dini təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələr barədə səfirə ətraflı məlumat verib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dini sahədə görülən işlər ölkədə bütün dinlərə bərabərhüquqlu şəraitin yaradıldığını, hökumətin bütün xalqların, etnik azlıqların hüquqlarına hörmətlə yanaşdığını, onların tarixi və mədəni irsinin qorunub saxlanılmasına xüsusi önəm verildiyini göstərir.
R.Məmmədov bu baxımdan Azərbaycanın tolerantlıq modelinin örnək olaraq bütün dünyada daha geniş təbliğ olunmasının zəruriliyini vurğulayıb.
M.Kuyundziç qısa müddət ərzində Azərbaycanda dinlərarası harmoniyanın canlı şahidi olduğunu qeyd edib. Dünyada qlobal təhlükəsizlik probleminin əsasını təşkil edən dini zəmindəki münaqişələrin dayandırılmasında bu cür birgəyaşayış modelinin təbliğinin xüsusi önəm kəsb etdiyini deyib.
Azərbaycanda dini icmalarla əməkdaşlıq və qarşılıqlı dialoq sahəsində birgə təşəbbüslərin əhəmiyyətini qeyd edən səfir Aİ-Azərbaycan münasibətlərinin inkişafına töhfə verəcək layihələrə dəstək göstərməyə hazır olduqlarını bildirib.
Eyni zamanda, görüşdə dini sahədə əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
17 Noyabr 2025 18:33
FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi
17 Noyabr 2025 14:07
Bakıda beynəlxalq konfrans keçirilir - Nazir Prezidentin müraciətini səsləndirdi
17 Noyabr 2025 13:02
Komitə sədri: Qarabağda 4 şəhərin baş planının təsdiq olunması yekunlaşmaq üzrədir
17 Noyabr 2025 12:50
İki həftədə 392 mina aşkarlanıb
17 Noyabr 2025 11:33
“Bu stereotiplər təkcə fərdi münasibət səviyyəsində deyil...”
17 Noyabr 2025 11:12
Müntəzəm marşrutlar üzrə işləyən avtomobillərlə bağlı yeni qaydalar
17 Noyabr 2025 11:05
Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi - FOTOLAR
17 Noyabr 2025 09:05


Bakı -°C

