Cüdoçumuz Xorvatiyada keçirilən Qran-pridə qızıl medal qazandı
Azərbaycan cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə qızıl medal qazanıb.
Adalet.az xəbər verir ki, son yarış günündə yığmamız aktivinə iki mükafat yazdırıb.
+100 kq çəki dərəcəsində mübarizə aparan Kənan Nəsibov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. O, finalda Niderland idmançısı Yur Spaykersi ipponla məğlub edib.
90 kq çəkidə çıxış edən Vüqar Talıbov isə üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Aslan Kotsoyevdən üstün olaraq bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl Hüseyn Allahyarov (60 kq) bürünc medala yiyələnib.
Beləliklə, 1 qızıl və 2 bürünc medal əldə edən Azərbaycan 48 ölkə arasında ümumi komanda hesabında beşinci, kişilərin mübarizəsində isə dördüncü yeri tutub.
Digər Xəbərlər
25 Mart 2026 18:29
"Qalatasaray" Mario Lemina ilə bağlı qərar verdi
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28


Bakı -°C

