adalet.az header logo
  • Bakı -°C
17 Noyabr 2025 11:32
65
İDMAN
A- A+

Qol.az 17 yaşında

Bu gün Qol.az saytının fəaliyyətə başlamasından 17 il ötür.

2008-ci ilin bu günü, noyabrın 17-də Qol.az idman-xəbər saytı olaraq oxucularla görüşə gəlib və qısa bir zamanda Azərbaycanın idman mətbuatında böyük populyarlıq qazanıb.

Dünyanın ən etibarlı sayğac sistemi olan “Google analytics”in göstəricilərinə əsasən, son illlər Qol.az Azərbaycanın ən çox oxunan idman portalları siyahısında liderliyini qoruyub saxlamaqdadır. 

Gün ərzində orta hesabla 20-22 mindən çox İP-dən idman, xüsusilə futbol xəbəri əldə etmək üçün məhz QOL.az-a müraciət olunur.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının üzvü olan QOL.az saytı "5 Media" şirkətinin media layihələrindən biridir.

"Ədalət" qəzetnin kollektivi "Qol.az" saytını 17 yaşı münasibətilə təbrik edir, fəaliyyətində uğurlar arzulayır!