Türkiyə-Paraqvay oyunu yenidən keçiriləcək?
Türkiyə Futbol Federasiyası Paraqvaya qarşı matçın yenidən keçirilməsi ilə bağlı FİFA-ya müraciət edib.
Adalet.az Offsideplus.az-a istinadla xəbər verir ki, sözügedən oyunda paraqvaylı futbolçunun 45-ci dəqiqədə yerə düşən hakim saatını götürərək öz qoluna taxması diqqət çəkmişdi.
FİFA qaydalarına əsasən, hakimin nüfuzuna xələl gətirən və oyunu sağlam şəkildə idarə etməsinə mane olan davranışlar matçın təkrar keçirilməsi üçün əsas sayıla bilər.
TFF bu məsələ ilə bağlı “Yüzdə bir ehtimal olsa belə, bu işi sakit şəkildə həll etməyə çalışaq. Haqqımızı istəyək” söyləyərək, FİFA-ya müraciət edib.
FİFA-nın TFF-yə göndərdiyi cavabda isə belə qeyd olunub:
“Təlimatlar açıqdır. Fikirlərinizdə və müəyyən etdiyiniz məqamlarda haqlılıq payı var. Lakin bu hadisə hakimin öz vəzifəsini yerinə yetirə bilmədiyini və ya ciddi zəiflik nümayiş etdirdiyini göstərmir. Hakimin ikinci bir saatının olması bu vəziyyətdə hər hansı şübhə ehtimalını aradan qaldırır.”
Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-nın D qrupunda Paraqvaya 0:1, Avstraliyaya 0:2 hesabı ilə uduzaraq qrupda qalıb.
Digər Xəbərlər
24 Iyun 2026 18:26
Bellingem Runinin rekordunu yenilədi
24 Iyun 2026 17:36
“Neftçi” müdafiəçi transfer etdi
24 Iyun 2026 16:38
Etibar Əliyev: "Türkiyə futbol oynaya bilmir"
24 Iyun 2026 16:22
Bu gecə Braziliya oynayır - 3-cü tur başlayır
24 Iyun 2026 12:00
Ronaldo Messinin adını çəkən jurnalistə belə reaksiya verdi - VİDEO
24 Iyun 2026 10:17
Kolumbiya Konqonu məğlub edib pley-off-a yüksəldi
24 Iyun 2026 09:21
DÇ-də görünməmiş rekord - Ronaldo rəqibindən 22 yaş böyük idi
23 Iyun 2026 20:44


Bakı -°C

