Azərbaycan Universitetinin nümayəndə heyəti Macarıstanda
Azərbaycan Universitetinin nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən “QS Higher Ed Summit: Europe 2026” beynəlxalq sammitində iştirak edirlər. Ali təhsil sahəsində mühüm platformalardan biri hesab olunan sammit Avropanın müxtəlif ölkələrindən universitet rəhbərlərini, ali təhsil ekspertlərini və akademik icma nümayəndələrini bir araya gətirib.
Adalet.az xəbər verir ki, Azərbaycan Universitetini tədbirdə ali təhsil müəssisəsinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva, rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova təmsil edirlər.
“Avropanın istedad və innovasiya üstünlüyünün gücləndirilməsi” mövzusuna həsr olunan sammit çərçivəsində ali təhsildə müasir çağırışlar, beynəlmiləlləşmə, innovativ inkişaf, elmi əməkdaşlıq və universitetlərarası tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunur.
Tədbir çərçivəsində universitet nümayəndələri müxtəlif ölkələrdən olan ali təhsil müəssisələrinin təmsilçiləri ilə görüşlər keçirir, gələcək əməkdaşlıq imkanları, akademik mobillik, elmi-tədqiqat fəaliyyəti və ali təhsilin idarə olunmasında innovativ yanaşmalar ətrafında fikir mübadiləsi aparırlar.
Sammitdə iştirak Azərbaycan Universitetinin beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qlobal akademik əlaqələrin inkişaf etdirilməsi və ali təhsil məkanında universitetin mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətin mühüm tərkib hissəsidir. Universitet beynəlxalq təhsil platformalarında fəal iştirak etməyə, akademik tərəfdaşlıq əlaqələrini genişləndirməyə və qlobal ali təhsil məkanına inteqrasiyanı gücləndirməyə bundan sonra da xüsusi əhəmiyyət verməyə davam edəcək.
Digər Xəbərlər
24 Iyun 2026 16:00
"Tələbənin ödədiyi qeydiyyat haqqını təhsil xərci kimi başa düşmək dayaz mövqe nümayişidir" - Nazir
24 Iyun 2026 12:47
Qarabağ Universitetində yeni təyinat
23 Iyun 2026 10:07
Universitetlər Bakıdan köçürülür? - Nazirdən açıqlama
22 Iyun 2026 17:13
"Bütün müəllimlərin maaşı artır" - Nazir
22 Iyun 2026 17:09
BŞTİ 30 məktəblə bağlı - QƏRAR VERDİ
22 Iyun 2026 11:13
Azərbaycan Universitetinin təhsil proqramı beynəlxalq akkreditasiyadan keçib
21 Iyun 2026 14:04
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirildi - YENİLƏNİB
19 Iyun 2026 17:56


Bakı -°C

