Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşəbbüsü ilə Ukraynadan daha 30 uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Azərbaycana gətirilib.
Adalet.az xəbər verir ki, uşaqların Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 gün davam edəcək proqram çərçivəsində tibbi, eləcə də sosial-psixoloji dəstəklə təmin olunması nəzərdə tutulur.
Reabilitasiya proqramı uşaqların psixoloji vəziyyətinin yaxşılaşdırılması, sosiallaşması və asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyır.
Belə ki, proqram müddətində fərdi psixoloji konsultasiyalar, qrup terapiyaları, yoqa və rəqs terapiyası məşğələləri təşkil olunacaq. Bununla yanaşı, uşaqlar müalicəvi masaj, müalicəvi hovuz və vannadan istifadə, art-terapiya və digər reabilitasiya xidmətlərindən faydalanacaqlar.
Onların Qəbələ ilə yanaşı, Şəki və Şamaxıdakı tarixi və görməli yerlərə ekskursiyalarının təşkili də nəzərdə tutulub.
Qeyd edək ki, Agentlik tərəfindən ötən dövrdə Ukraynadan 500-dən çox uşaq və gənc Azərbaycana gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunub.
Digər Xəbərlər
06 Noyabr 2026 18:30
Prezident və birinci xanım Zəngilan Təhsil Kompleksinin açılışında - VİDEO + YENİLƏNİB
06 Noyabr 2026 18:24
"Cəmi 6 ilə 100 minə yaxın insanı evlərinə qaytarmışıq" - İlham Əliyev
06 Noyabr 2026 17:56
İlham Əliyev və xanımı Zəngilanda açılışda - YENİLƏNİB
06 Noyabr 2026 17:35
NEZ-in yenidənqurulmasına ayrılan vəsaitin həcmi açıqlandı
06 Noyabr 2026 16:53
Hərbiçilərin yürüşü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
06 Noyabr 2026 16:46
Hərbi Prokurorluğun rəhbərliyi görüş keçirdi
06 Noyabr 2026 16:25
İlham Əliyev və xanımı Soltanlı kəndinin birinci mərhələsinin açılışını etdilər - FOTO+VİDEO
06 Noyabr 2026 15:56


Bakı -°C

