Nardaranda məktəbdə təxribat: İran təbliğatı...
Nardaranda 130 saylı məktəbin qarşısında bir qrup şəxs tərəfindən dini şüarlar səsləndirilib.
Adalet.az Oxu.az-a istinadla xəbər verir ki, məktəbin qarşısına toplaşan şəxslər məktəblərdə vahid geyim forması ilə bağlı məsələni əllərində bayraq edərək açıq-aşkar radikal dini təbliğata yol veriblər.
Kadrlardan aydın görünür ki, məktəbin qarşısında toplaşan bir qrup şəxs tərəfindən "İmam Zaman, sənə sadiq əsgərik" kimi şüarlar səsləndirilib. Təhsilin heç bir forması, hər hansı geyim qaydası ilə yaxından-uzaqdan əlaqəsi olmayan bu cür ifadələrin İran təbliğatı və açıq-aşkar təxribat cəhdi olduğu şübhə doğurmur.
Qeyd edək ki, Bakı şəhərində bir qrup şəxs vahid geyim qaydalarının tətbiqi ilə bağlı məktəblərdə təhsil işçiləri ilə münaqişəli vəziyyət yaradıb, dövlət təhsil müəssisələrinə zərər vurub, ictimai qaydanı kobud şəkildə pozan, nəqliyyatın hərəkətinə və təhsil müəssisəsinin normal fəaliyyətinə mane olan hərəkətlərə cəhd edib. Faktla bağlı DİN-in müvafiq istintaq qurumlarında Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılaraq 37 nəfər həbs edilib.
Digər Xəbərlər
06 Noyabr 2026 18:30
Prezident və birinci xanım Zəngilan Təhsil Kompleksinin açılışında - VİDEO + YENİLƏNİB
06 Noyabr 2026 18:24
"Cəmi 6 ilə 100 minə yaxın insanı evlərinə qaytarmışıq" - İlham Əliyev
06 Noyabr 2026 17:56
İlham Əliyev və xanımı Zəngilanda açılışda - YENİLƏNİB
06 Noyabr 2026 17:35
NEZ-in yenidənqurulmasına ayrılan vəsaitin həcmi açıqlandı
06 Noyabr 2026 16:53
Hərbiçilərin yürüşü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
06 Noyabr 2026 16:46
Hərbi Prokurorluğun rəhbərliyi görüş keçirdi
06 Noyabr 2026 16:25
İlham Əliyev və xanımı Soltanlı kəndinin birinci mərhələsinin açılışını etdilər - FOTO+VİDEO
06 Noyabr 2026 15:56


Bakı -°C

