“Şahinlərin Görüşü-2026” başladı - VİDEO
Ölkəmizdə Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Hava Qüvvələrinin aviasiyası, eləcə də hava hücumundan müdafiə vasitələrinin iştirakı ilə “Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib.
Adalet.az xəbər verir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya bazasında təşkil olunan tədbirdə Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının və Birləşmiş Ərəb Əmirliklərinin Dövlət himnləri səsləndirilib.
Mərasimdə çıxış edən general-mayor Zaur Rüstəmov təlimin əhəmiyyətindən danışaraq iştirakçılara uğurlar arzulayıb.
Bildirilib ki, müştərək taktiki-uçuş təlimi ölkələrimiz arasında imzalanmış "Birgə Hərbi Əməkdaşlıq Komitəsinin birinci iclasının Protokolu"na əsasən təşkil olunub.
Tədbirin proqramına uyğun olaraq iştirakçılara təlimin ssenarisi və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib.
Sonra HHQ-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Qarşılıqlı hədiyyə mübadiləsi aparıldıqdan və xatirə fotosu çəkdirildikdən sonra aviasiya vasitələrinə baxış keçirilib.
Digər Xəbərlər
12 Oktyabr 2026 18:17
Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
12 Oktyabr 2026 16:36
"Xarici dini cərəyanların ölkəmizdəki proseslərə müdaxiləsinə yol verilməməlidir" - Ekspert
12 Oktyabr 2026 16:25
Nardaranda məktəbdə təxribat: İran təbliğatı...
12 Oktyabr 2026 16:21
Misir Mərdanovdan vahid məktəbli forması məsələsinə REAKSİYA
12 Oktyabr 2026 15:46
Azərbaycanda bu tələbələrə Prezident təqaüdü verildi - SİYAHI
12 Oktyabr 2026 15:01
“Bu gün düşünmədən iştirak etdiyiniz proseslərin sabah öz azadlığınızı...”
12 Oktyabr 2026 14:10
“Cəmiyyətin orta əsr qaranlığına gömülməsinə yol verməyəcəyik” - Elman Cəfərlidən ideoloji təxribatlara cavab
12 Oktyabr 2026 13:58


Bakı -°C

