Trampdan "HƏMAS"a xəbərdarlıq: "Hakimiyyəti ötürməkdən imtina edərsə, tamamilə məhv olunacaq"

ABŞ prezidenti Donald Tramp bildirib ki, Fələstinin HƏMAS hərəkatı onun nümayəndələri Qəzza zolağında hakimiyyəti ötürməkdən imtina edərsə, tamamilə məhv olunacaq.
Adalet.az xəbər verir ki, Amerika lideri CNN telekanalına müsahibəsində aparıcının Fələstin anklavında hakimiyyəti saxlamaqda israrlı olsa, radikal təşkilatı nə gözləyir sualına cavabında deyib: "Tamamilə məhv olunacaq".
Sentyabrın 29-da Ağ Ev Trampın Qəzzadakı münaqişənin həlli ilə bağlı hərtərəfli planını açıqlayıb.
Sənəd 20 bənddən ibarətdir. O, digər məsələlərlə yanaşı, anklavda müvəqqəti xarici idarəetmənin tətbiqini və orada beynəlxalq qüvvələrin yerləşdirilməsini təmin edir. İsrail bu planla razılaşdığını açıqlayıb.
Oktyabrın 3-də HƏMAS ABŞ prezidentinin təklifinə cavabını vasitəçilərə təqdim edib. Hərəkat bütün yaşayan israilli girovları azad etməyə və ölənlərin cəsədlərini təhvil verməyə hazır olduğunu bildirib.
Bununla belə, HƏMAS siyasi bürosunun üzvü Musa Əbu Mərzuq Trampın planının tələb etdiyi kimi, bütün girovların 72 saat ərzində azad oluna biləcəyinə şübhə ilə yanaşıb.
Digər Xəbərlər

Ukrayna Rusiyaya qarşı "Flaminqo"lardan istifadə edir

Tarixi danışıqlar Misirdə BAŞ TUTACAQ

Tramp "HƏMAS"la danışıqların çox uğurla davam etdiyini bildirib

KİV: "HƏMAS" İsrailli girovları azad etməyə və silahları təhvil verməyə hazırdır

İsrailin müdafiə naziri: HƏMAS girovları buraxmasa, onu məhv edəcəyik

İranda TARİXİ QƏRAR - Hicab qanunu ləğv edildi

İnterpol xətti ilə axtarışda olan şəxslər Türkiyəyə ekstradisiya edildi
