"Qurban bayramı varlılar üçün sınaq, yarışdır"
"İnsan fitrətən qan tökməyə meyllidir. İnsan elə təzəcə meydana atılmışdı ki, Peyğəmbər oğlu qatil oldu: Adəmin oğlu Qabil doğma qardaşını öldürdü".
Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.
Onun sözlərinə görə, insanı öldürməyi, qurban etməyi tərgitmək üçün Allah heyvanı qurban verməyi buyurdu:
"İbrahim yuxu gördü və müəyyən ilahi hikmətə əsasən oğlunu qurbangaha apardı. İlahi təkliflə insanı deyil, heyvanı qurban kəsmək gərəkdiyinin nümunəsini əyani şəkildə ortaya qoydu. Yuxu əsasında oğlunu qurban etməkdəykən reallıqda vəhy əsasında heyvanı kəsməli oldu...
Allaha yaxınlaşmaq üçün qurbanların əti-qanı ona çatmır. O, insanların sədaqətini, cəsarətini sınayır. Mal-dövlət çox adam üçün oğul-uşaq qədər, bəlkə ondan da əzizdir. Odur ki, ilahi sınaq malın Allah yolunda sərf edilməsini tələb edir.
Bu, işin ibrət, ilahi sınaq və Allaha sədaqət tərəfidir. Artıq heyvan kəsiləndən sonrakı tərəfi isə sosial yönüdür. Kasıblara, ehtiyacı olanlara pay vermək, sədəqə ehsan etmək də işin tərkib hissəsidir.
Kimin imkanı kimi imanı da çoxdursa Allah yolunda varının yarısını, hamısını da mal-heyvana verib kəsib paylaya bilər. Qurban bayramı varlılar üçün sınaq yarışdır. Allah görmək istəyir ki, bəndəsinə əsirgəmədən əta etdiyi bolluca varı o da onun yolunda bolluca ehsan edə bilirmi".
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 May 2026 12:29
130 ünvanda heyvan kəsimi və satışı məntəqəsi yaradılıb
25 May 2026 12:17
Leyla Əliyeva Masallıda həsirçiliklə məşğul olan qadınlarla görüşüb - FOTOLAR
25 May 2026 12:06
Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib - FOTOLAR
25 May 2026 11:37


Bakı -°C

