adalet.az header logo
  • Bakı -°C
25 May 2026 11:12
65
MƏMLƏKƏT
A- A+

Polis gücləndirilmiş iş rejimində işləyəcək...

Hər dəfə bayram günləri gələndə biz çox sevinirik. Sevinirik ki, həmin günlər gəzməyə çıxacaq, dincələcəyik! Hələ imkanı olanlar xarici ölkələrə və məmləkətimizdə  gözəl yerlərə gedəcək!

Təbii ki, bu anları, bu məqamları hamımız böyük səbirsizliklə gözləyirik! Şükür Allaha indi də bayramlar lap çoxdur! Amma bu  bayram günlərində bizim təhlükəsizliyimizi qoruyan Azərbaycan Polisini yaddan çıxarmalı deyilik! Ən azından ona görə ki, onlar həmin vaxtlar 24 saat iş başında olurlar.Dünyanın çox nadir ölkəsində Azərbaycanda olan sabitlik və əmin-amanlıq var.

Buna görə bir daha biz Azərbaycan prezidenti İlham Əliyevə, hüquq -mühafizə orqanlarına , o cümlədən polisə  təşəkkür etməliyik. Heç şübhəsiz ki, xalqımız bunun hamısını bilir, onların fəaliyyətini  yüksək qiymətləndirir. Xalqımız onu da yaxşı bilir ki, ölkəmizin müstəqilliyinin əldə edilməsində , Birinci və İkinci Qarabağ savaşında , eləcə də 24 saatlıq antiterror əməliyyatında  polisin çox böyük qəhrəmanlığı olub. Bu savaşda yüzlərlə Azərbaycan polisi şəhid olub, çoxlu sayda yaralılar qeydə alınıb. Başqa  sözlə demiş olsaq  polis öz qanı ilə  yeni bir qızıl qəhrəmanlıq  tarixi yazıb. Və buna görə də xalqımız Azərbaycan Polisini  çox istəyir.

Demək olar ki, bu gün də həmin ənənə davam edir. Nə gözəl! Hər hansı vətəndaş çətinə düşəndə, küçədə, yolda, metroda özünü pis hiss edəndə birinci onların köməyinə polis gəlir. Təcili yardım briqadası gələnə kimi onlar özləri həmin insana kömək edir.Həmin xidmət əməkdaşları bir qədər gecikəndə polis öz xidməti avtomobilində xəstəni  xəstəxanaya çatdırır. O qədər belə hadisələrin şahidi olmuşuq ki!

Xüsusilə də  Əlahiddə Çevik Polis Alayının əməkdaşları bu sahədə daha daha fəal və operativdirlər.Biz dəfələrlə onu da görmüşük ki, Çevik Polis Alayının əməkdaşları  psixoloji durumu mürəkkəb olan  və intihar etmək istəyən insanı necə  xilas edib. Allah belə polislərimizi qorusun! Bu mənada Çevik Polis Alayının 3- cü bölüyünün fəaliyyəti diqqətəlayiqdir. Bölük komandiri Elvin Babayev çox vətənpərvər, məsuliyyətli , polisin şərəfini qoruyan zabitdir.

Onlar Binəqədi rayonu ərazisində ictimai - asayişin qorunmasında , tədbirlərdə insanların təhlükəsizliyinin qorunmasında , cinayətkarlığa qarşı mübarizədə  çox yüksək peşəkarlıq göstərirlər. Bütün  bu məziyyətlər xalqın bölün əməkdaşlarına olan  inamını və məhəbbətini  daha da artırır.

Ümumiyyətlə, Çevik Polis Alayının Suraxanı, Nizami, Xətai, Yasamal bölükləri  ictimai - asayişin qorunmasında var qüvvə və bacarıqlarını əsirgəmirlər.Hec şübhəsiz ki, mayın 26- dan 31 - ə kimi keçirilən bayram günlərində də polis, o cümlədən Çevik Polis Alayının əməkdaşları insanların təhlükəsizliyini daha yüksək səviyyədə  qoruyacaq  və üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcək. Gərək cəmiyyət də bütün bu dəyərlərə yüksək qiymət verə !!! Cəmiyyət və xalqda həmişə deyir:" Mənim polisim, məni qoruyur! Allah da onları qorusun!!!"

Emil FAİQOĞLU