adalet.az header logo
  • Bakı -°C
25 May 2026 13:01
102
DÜNYA
A- A+

Ukrayna müharibəsi qızışır

Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Mers Rusiyanın Kiyevə "Oreşnik" ballistik raketləri ilə gecə hücumlarını  vəziyyəti gərginləşdirməsi kimi qiymətləndiriblər. 

 "Fransa ballistik raketlərlə hhəyata keçirilən bu hücumları pusləyir və bunu Rusiyanın  vəziyyəti gərginləşdirməsi kimi qiymətləndirir"- deyə Makron X sosial şəbəkə hesabında yazlb.

 Fransa prezidenti əlavə edib ki, Parus Kiyevə dəstəyini davam etdirəcək, ədalətli və dayanıqlı sülhün əldə edilməsu üçün bütün mümkün imkanlarlndan istifadə edəcək.

 "Almaniya hökuməti Kiyevə gecə hücumlarını qətiyyətlə pisləyir və bunun vəziyyəti gərginləşdirməyə gətirib çıxaracağını bildirir"- deyə Almaniya kansleri bəyan edib.

 Rusiya tərəfi ciddi cəhdlə raket hücumlarının hərbi infrastrukturlara endirildiyini bildirməyə çalışsada, video görüntülərdə raket  zərbələrinin yaşaylş binalarına və mülki obyektkərə endirildiyi aydın görünür. 

 Rüstəm Hacıyev