Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib - FOTOLAR
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Masallı rayonuna səfər edib.
Adalet.az xəbər verir ki, səfər çərçivəsində Leyla Əliyeva rayonun tarixi və dini-mədəni abidələrindən biri olan Masallı Cümə məscidini ziyarət edib, məscidin tarixi və memarlıq xüsusiyyətləri ilə yaxından tanış olub.
Bildirilib ki, Masallı şəhərinin mərkəzində yerləşən Cümə məscidi 1846-cı ildə şəhər sakinləri və yerli xeyriyyəçilərin maliyyə dəstəyi ilə inşa olunub. Müstəqillik illərində məscid bərpa edilərək yenidən ibadətgah kimi fəaliyyətə başlayıb. Sonrakı illərdə dövlət tərəfindən əsaslı təmir olunan məscid 2001-ci ildə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.
Sonda Leyla Əliyevaya "Qurani-Kərim" hədiyyə olunub.
Digər Xəbərlər
25 May 2026 12:29
130 ünvanda heyvan kəsimi və satışı məntəqəsi yaradılıb
25 May 2026 12:17
Leyla Əliyeva Masallıda həsirçiliklə məşğul olan qadınlarla görüşüb - FOTOLAR
25 May 2026 11:55
"Qurban bayramı varlılar üçün sınaq, yarışdır"
25 May 2026 11:37


Bakı -°C

