adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Tv-lərimiz boyunlarındakı İP-i qıra bilsəydilər... - Eminquey yazır

13819 | 2019-09-30 15:13

Dünənkitab sərgisində gördüyüm izdihamdan tutmuş, bu gün sosial şəbəklərdə İctimaitv-nin bəzi verilişlərindən paylaşılan vieolara qədər and içirəm! Sizi də, bizidə aldadırlar. Ki, guyammış reytinq ağa ciddi verilişlərə təşrif buyurmur.Yalandı, birinci kameradan sonuncu kameranın içinə qədər yalandı!

Televizorabaxanda elə bilirsən, verilişin sponsorları yox, sponsorların verilişi var.

Reytinq ağa- şeytanın bir başqa üzüdür, onu axmaq, bayağı verilişlərilə böyük bir dəlixananıxatırladan TV-lər uydurub. Necə ki günahlarını şeytanın üstünəatırlar, eləcə də reytinq ağa dadlarına yetişir. Guyammış sponsorlar bunların ciddi verilişinəyaxın durmur. Onların hazırladığı verilişə nəinki sponsor, heç bu toplumunziyalısı da yaxın durmur. Nöşün? Oşün ki bu reytinqbazların ağlındakı ciddiveriliş mütləq qəstum-qalstuk geyinmiş, xalqın başa düşmədiyi dildə danışan əlahəzrətlərdənibarətdir. Bir-iki maraqlı dekorasiya da tapdılarmı, vəssalam!

Yeni mövsüməgəlişini təmtəraqla elan edən, yenilik müjdəsi verən İctimai tv-nin buçağırışını açığı ciddi qəbul etməmişdim. O qədər belə müjdələr görmüşük ki, qulağımızındibi saralıb. Amma düşüncələrim iflasa uğradı. İctimai tv bir-birindən maraqlı,müzakirə obyekti bir-birindən mühüm olan verilişlər yayımlamağa başladı. Məsələn,Dadaşlinski Dadaş Dadaş oğlu. 20 dəqiqəlik efir vaxtı, maraqlı müsahiblər,imkan dairəsində açıq suallar. Düzdür, suallar o qədər də sərt deyil, yəniimkan var ki, suallar bir az da sərt olsun, bir az da müstəntiq ədasıylamüsahibini dindirə bilsin, amma neyləyək, hələ ki əlimizdə olan budur. Hərhalda yaxşı layihədir.

Verlişiləribir-bir sadalamayacam. Əsas olan bu ki, reklama möhtac olmayan dövlətteleviziyalarından gözlədiyimiz effekt artıq yavaş-yavaş özünü göstərməyəbaşlayır. Bu verilişlərdəki çıxılar internetə də ayaq açır və xeyli də izlənilir,bəyənilir. Çox istərdim ki, artıq bizim kanalların da öz youtube, feysbuk vədigər şəbəkə səhifələri olsun. Məsələn, veriliş bitən an qısa müddət ərzindəyoutube-a yüklənsin. Çox uzağa getməyək, qonşu Türkiyənin əksər əsaskanallarının youtube səhifələri çox operativdir. Hətta youtube-da həminkanalları canlı da izləmək olur. Çox təəssüf ki, bu, bizdə keçərli deyil.

Çox istərdimki, verilişlər məşhur adam sindromundan çıxa bilsinlər. Yəni verilişlərinə biraz öz sahələrində gənc olan qonaqlar çağırsınlar. Onlara da söz haqqıtanısınlar. Yoxsa nə qədər yenilik eləsələr də, bu çevir tatı, vur tatıdanbaşqa bir şey olmayacaq. Siz Acun Ilıcalını tanıyırsınız. Onun layihələrindən nəqədər insan məşhurluğa qovuşub. Özünü təsdiqləyə bilib. Bizdə belə istedadaxataran layihələr yoxdur. Bizdə kimisə məşhurlaşdırmağa, təqdim etməyə heçkimin əli gəlmir.

Çox istərdimki, əyləncə tipli verilişlər də öz köhnəliyindən əl çəksin. Məsələn, AzərAxşamın milyon illərdir apardığı verilişlər bir az modernləşsin. Baxın türklərə.Gördülər ki, özləri yarada bilmirlər, Avropadan, Amerikadan plagiat edirlər.Əsla pis deyil bu. Onlar bunun hesabına çox gözəl işlər qoya biliblər ortaya.

Çox istərdimki, mənim ölkəmin tv-ləri səhər saatlarında əsgərlikdəki düzülüş kimi hamısıbir ağızdan həkim verilişlərindən əl çəksinlər. Ağlaşma və meymunluq arasındakıorta həddi tapa bilsinlər.

Çox istərdimki, aparıcıların "c,ç” problemi aradan qalxsın. Çox istərdim ki, efirimizdəbayağı verilişlərlə səviyyəli verilişlər ən azı balans təşkil eləsin. Yəni tv-lərimizbalanslaşdırılmış siyasətə ayaq uydursunlar.

Çox istərdimki, xüsusi musiqi kanallarımız olsun. Bunun sayəsində həm gözlərimizi mazol edənmüğənnilərdən canımız qurtarar, həm də əziyyət çəkib kliplərə pul xərcləyən müğənnilərimizində əməyi yerdə qalmaz. Bir musiqi kanalı, açıq meydan! Bacarırsan, get qabağa!

Çox istərdimki, söyüşlü filmləri verməyə abır-həya edən tv-lərimiz söyüşün əlli çalarındaolan bayağı adamları efirə çıxarıb milləti söyməsinlər.

Çox istərdimki, efirimizə cizgi filmlər, uşaq verilişləri qayıtsın.

Tv-lərimiz boyunlarındakı İP-i qıra bilsəydilər..

Elə bil, çoxistədim axı..

TƏQVİM / ARXİV