Tutuquşu danışdı, məhkəmə ömürlük cəzası verdi

Hindistanda məhkəmə tutuquşunun ifadəsi əsasında qətldən 9 il sonra iki kişiyə ömürlük həbs cəzası verib.
Adalet.az xəbər Xarici KİV-ə istinadən verir ki, cinayət 2014-cü ildə Aqra şəhərində törədilib.
Həmin ildə yerli qəzetin baş redaktoru Vijay Sarma oğlu və qızı ilə birlikdə qonşu şəhərə toya gedib, arvadı isə evdə qalıb. O, qayıdandan sonra evin qarət edildiyini, arvadının və itinin öldürüldüyünü görüb. Bu hadisədən sonra evdə yaşayan tutuquşu yemək və içkidən imtina etməyə başlayıb. Bununla əlaqədar Vijay Sarma quşun qətlin şahidi ola biləcəyindən şübhələnib.
Nəticədə kişi cinayət törədə biləcək şəxslərin adlarını sadalayıb. Qardaşı oğlu Aşunun adını deyəndə quş qışqırmağa və qəfəsin içində çırpınmağa başlayıb. Tutuquşunun oxşar reaksiyası polis tərəfindən də müşahidə edilib və tezliklə şübhəli şəxs həbs olunub.
Vijay Sarmanın qardaşı oğlu dostu ilə birlikdə qətli törətdiyini etiraf edib. Zərərçəkənin qızı qeyd edib ki, Aşu onların evinə tez-tez baş çəkir və evdə qızıl-zinət əşyaları, nağd pulun harada saxlandığını bilirdi.
Emin
Digər Xəbərlər

Dünyada ən populyar kişi və qadın adı: Biri İslam, biri Xristian...

Qadınlar üçün 4 ideal yay ətiri

Azərbaycanda bəzi qızlar niyə yaşlı kişilərlə evlənmək istəyir? - VİDEO

Dünyanın məglubedilməz ölkələri: Türkiyə ilk onluqda

Paşinyandan şok: "II Qaregin gəlsin, sübut edim ki, sünnətli deyiləm"

SSRİ-də taksilər: Stalin hökumət limuzinlərini niyə taksiyə çevirmişdi?

Egeydən Aralıq dənizinə: Türkiyənin su altı dünyasına səyahət - FOTOLAR
