“Ordumuz təkcə regionun deyil, dünyanın nüfuzlu orduları sırasında öz layiqli yerini tutdu”
“Dövlətimizin siyasi iradəsinin ən möhkəm dayağı, müstəqilliyimizin ən etibarlı təminatı və suverenliyimizin sarsılmaz qalası qüdrətli Azərbaycan Ordusudur. Silahlı gücümüzün əzəməti yalnız sərhədlərimizi qoruyan sipər deyil, həm də dövlətimizin beynəlxalq nüfuzunu, diplomatik mövqeyini və milli maraqlarını qoruyan əsas qüvvədir. Güclü ordu olmadan güclü dövlət anlayışı mümkün deyil”.
Bunu Adalet.az-a açıqlamasında “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.
O, bildirib ki, Azərbaycan Ordusu uzun və şərəfli inkişaf yolu keçərək bu gün regionun ən güclü, ən peşəkar və ən müasir silahlı qüvvələrindən birinə çevrilib:
“Bu qüdrətin təməlini Ulu Öndər Heydər Əliyev qoydu. Məhz onun uzaqgörən dövlətçilik siyasəti nəticəsində nizami ordu quruculuğu Azərbaycanın milli təhlükəsizlik strategiyasının əsas istiqamətinə çevrildi. Bu siyasi kurs Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildi və yeni mərhələyə yüksəldi. Ordumuz ən müasir silah və texnologiyalarla təchiz olundu, peşəkarlıq səviyyəsi yüksəldi, xüsusi təyinatlı bölmələr formalaşdırıldı, hərbi idarəetmə sistemi təkmilləşdirildi. Nəticədə Azərbaycan Ordusu təkcə regionun deyil, dünyanın nüfuzlu orduları sırasında öz layiqli yerini tutdu”.
R.Hüseynov bildirib ki, 2020-ci ildə əldə olunan möhtəşəm Zəfər, ardınca ölkəmizin bütün ərazisində konstitusiya quruluşunun tam bərpası sübut etdi ki, Azərbaycanın hərbi gücü yalnız sözlə deyil, real nəticələrlə təsdiqlənən qüdrətdir:
“Bu gün üçrəngli bayrağımızın ölkəmizin hər qarışında qürurla dalğalanmasının arxasında məhz Azərbaycan əsgərinin qəhrəmanlığı, zabitlərimizin peşəkarlığı və dövlətimizin qətiyyətli siyasəti dayanır. Bu əlamətdar gündə Vətən uğrunda canından keçən bütün şəhidlərimizi sonsuz ehtiramla yad edir, qazilərimizə dərin minnətdarlığımızı bildiririk. Eyni zamanda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Xüsusi Təyinatlı Qüvvələrin, eləcə də Azərbaycan Ordusunun bütün qoşun növlərinin və hərbi hissələrinin şəxsi heyətinə dövlətimizə və xalqımıza göstərdikləri fədakar xidmətə görə təşəkkürümüzü bildiririk. Sizin sədaqətiniz, peşəkarlığınız və fədakarlığınız Azərbaycanın təhlükəsizliyinin, sabitliyinin və gələcəyinin ən böyük təminatıdır. 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçularımızı ürəkdən təbrik edir, müqəddəs xidmətinizdə möhkəm iradə, sarsılmaz ruh, yeni uğurlar arzulayırıq”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
26 Iyun 2026 11:41
“Düşmənin bir neçə milyard dollar dəyəri olan hava hücumundan müdafiə sistemlərinin...”
25 Iyun 2026 19:28
Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hikmət Hacıyev
25 Iyun 2026 14:48
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
25 Iyun 2026 14:11


Bakı -°C

