adalet.az header logo
  • Bakı -°C
26 Iyun 2026 11:34
83
DÜNYA
A- A+

Kim Çen In modernləşdirilmiş silah sistemlərinin sınaqlarını izlədi

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In modernləşdirilmiş artilleriya və raket sistemlərinin sınaqlarını izləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Məlumata görə, sınaqlar zamanı modernləşdirilmiş 240 millimetrlik 24 lüləli yaylım atəşli reaktiv sistemin, taktiki ballistik raketin xüsusi təyinatlı döyüş başlığının və 155 millimetrlik özüyeriyən haubitsa üçün artırılmış mənzilli mərminin döyüş göstəriciləri qiymətləndirilib.

Agentlik xatırladıb ki, Şimali Koreya may ayında da süni intellekt texnologiyalarından istifadə edən yeni çoxməqsədli raket sistemlərini sınaqdan keçirmişdi. Bildirilir ki, yeni taktiki qanadlı raket 100 kilometrədək məsafədəki hədəfləri yüksək dəqiqliklə vurmaq imkanına malikdir.