İlham Əliyev Tokayevə ZƏNG ETDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayevə zəng edib.
Adalet.az xəbər verir ki, dövlət başçısı Prezident Qasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar, qardaş Qazaxıstan xalqına daim rifah və tərəqqi arzulayıb.
Qazaxıstan Prezidenti göstərilən diqqətə və səmimi təbriklərə görə minnətdarlığını bildirib.
Telefon danışığı zamanı Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Dövlət başçıları, həmçinin mayın 15-də qədim Türküstan şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünü məmnunluqla xatırlayıb, həmin tədbirin Türk dünyasında həmrəyliyin və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi baxımından önəmini qeyd ediblər.
Digər Xəbərlər
17 May 2026 12:07
“Azərbaycan WUF13-ü yüksək səviyyədə təşkil edib” - Fərzanə Sadiq
17 May 2026 11:28
“1 milyarddan çox insan gecəqondularda yaşayır” - Anaklaudia Rossbax
17 May 2026 11:16
Mirziyoyev Azərbaycana işgüzar səfər edəcək
17 May 2026 10:38
“Milli hökumətlər bu prosesdə fəal iştirak etməlidirlər” - Nga Kor Minq
17 May 2026 10:30
İlham Əliyev Esvatini Kralı ilə görüşdü - FOTOLAR
17 May 2026 10:27
“Bugünkü görüş əldə edilmiş nailiyyətləri təhlil etmək üçün əla fürsətdir” - Anar Quliyev
17 May 2026 10:26
“Azərbaycan rəhbərliyinə təşəkkür edirəm” - Anaklaudia Rossbax
17 May 2026 10:25


Bakı -°C

