Martda 267 tank əleyhinə mina zərərsizləşdirilib
Azad olunan ərazilərdə mart ayı ərzində 267 tank əleyhinə mina, 236 piyada əleyhinə mina, 4922 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumatında qeyd edilib.
Bildirilir ki, ötən ay həmçinin 5336.5 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.
Digər Xəbərlər
01 Aprel 2026 15:03
Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır
01 Aprel 2026 13:15
Nazir Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTOLAR+VİDEO
01 Aprel 2026 12:58
Azad edilmiş ərazilərdə daha 503 mina aşkarlandı
01 Aprel 2026 12:44
Azərbaycandan çıxışı qadağan edilən 582 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb
01 Aprel 2026 12:35
Dövlət sərhədini pоzan 9 nəfər saxlanılıb
01 Aprel 2026 12:25
Azərbaycanda yağışların yaratdığı ziyan 10 milyona çata bilər
01 Aprel 2026 12:04
Ermənistana Rusiya taxılı daşıyan yük qatarı yola düşüb – YENİLƏNİB
01 Aprel 2026 11:36


Bakı -°C

