adalet.az header logo
  • Bakı -°C
31 Mart 2026 10:45
94
İDMAN
A- A+

Türkiyə millisi bu gün dünya çempionatına vəsiqə qazana bilər

Bu gün futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində 4 final oyunu keçiriləcək.

Adalet.az xəbər verir ki, Türkiyə millisi həlledici görüşdə Kosovonun qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 22:45-də təşkil olunacaq. Oyunu ingiltərəli hakim Maykl Oliver idarə edəcək.

Digər matçlarda Bosniya və Herseqovina İtaliyanı, İsveç Polşanı, Çexiya isə Danimarkanı qəbul edəcək. Finalda qalib gələn yığmalar DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanacaqlar.

DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları

Final

31 mart

22:45. Bosniya və Herseqovina - İtaliya

22:45. İsveç - Polşa

22:45. Kosovo - Türkiyə

22:45. Çexiya - Danimarka

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək.