Paşinyan Moskvaya niyə gedib? – Politoloq açıqladı
“Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya səfəri əslində uzun müddət idi ki, gözlənilirdi. Artıq bu səfər reallaşmaq üzrədir. Qarşıdan Ermənistanda parlament seçkisi var və böyük ehtimalla Paşinyan pərdə arxasından Rusiya ilə hansısa məsələlərdə müəyyən razılşamlar da əldə etməyə çalışır”.
Bunu Adalet.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
Politoloqun sözlərinə görə, hər nə qədər desək ki, Ermənistan Rusiyadan qopmağa və müstəqil xarici siyasət yürütməyə çalışır, amma Rusiya faktorunu da kənara qoya bilməz:
“Hər nə qədər desək ki, Amerikayla, Avropa İttifaqı ilə yaxınlaşsa da, amma tam olaraq Rusiya xəttini qıra və Rusiyanı cənubi Qafqazda heçə saya bilməz. Çünki Ermənistanda həm cəmiyyət, həm elit təbəqə, həm müxalifət və iqtidar daxilində Rusiya tərəfdarları var. Bu o deməkdir ki, Paşinyan hardasa Rusiya ilə bəzi məsələləri razılaşdırmaq istəyər. Üzdə görünən odur ki, Avrasiya İttifaqı çərçivəsində Ermənistan Rusiya ilə iqtisadi əlaqələri də dərinləşdirmək istəyər. Yəni bu istiqamətlərdə Paşinyanın Putinlə danışıqları ola bilər”.
O, bildirib ki, amma nəzərə almaq lazımdır ki, Paşinyan Putinin bir hədəfidir:
“Çünki 2023-cü ildən sonra artıq Ermənistanda Roma Statunun qəbul edilməsi ilə məsələ dəyişdi. Yəni Rusiya prezidenti Vladimir Putin Ermənistana gələrsə, onun həbs edilməsi gündəmə gələ bilər. Amma təbii ki, bu reallaşası deyil. Lakin hər halda Paşinyan komandasının bu addımı Rusiya tərəfindən məmnunluqla qarşılanmayacağı da hər kəs tərəfindən bilinməkdədir. O baxımdan düşünürəm ki, ziddiyyətli məsələlər var. Paşinyan görünür ki, hansısa məsələdə Rusiya ilə hesablaşmağa gedib. Nəzərə almaq lazımdır ki, Rusiya Ukrayna müharibəsindən sonra ən çox maliyyə dövriyyəsini Ermənistan bankları üzərindən etməyə çalışırdı. Böyük ehtimalla Paşinyan Putinə nəyisə söz də verə bilər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
01 Aprel 2026 12:59
İlham Əliyevdən dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı SƏRƏNCAM
01 Aprel 2026 09:03
Paşinyan Moskvaya yeni qovluqda gedir – Politoloq
31 Mart 2026 21:20
Rusiyanın İrandakı səfiri Azərbaycana TƏŞƏKKÜR ETDİ
31 Mart 2026 18:55
Ceyhun Bayramov belçikalı həmkarı ilə müzakirə apardı
31 Mart 2026 14:26
“Xalqın İlham Əliyevə olan inamı bu ideoloji xətti yandırıb külə döndərdi...”
31 Mart 2026 14:18
“Pezeşkian səlahiyyət sahibi deyil, ölkə SEPAH generallarının nəzarətindədir”
31 Mart 2026 13:51
“Mart soyqırımı azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirilən təcavüzkar siyasətin tərkib hissəsi idi”
31 Mart 2026 13:45


Bakı -°C

