"İranın Dünya Kubokunda iştirakı üçün çalışırıq" - FİFA prezidenti
Futbol üzrə Beynəlxalq Futbol Federasiyası (FİFA) prezidenti Canni İnfantino İranın 2026-cı il Dünya Kubokunda ABŞ-da oynayacağına söz verib.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, turnirin təşkilatçıları komandanın oyunlarını ən yaxşı şəraitdə keçirməsi üçün çalışır:
"Biz işləyirik və onların dünya çempionatında oyunlarını ən yaxşı şəraitdə keçirməsi üçün əlimizdən gələni edəcəyik. B, C və ya D planı yoxdur, yalnız A planı var".
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlaması regionda gərginliyi artırıb. İranda bir sıra şəhərlər, o cümlədən paytaxt hücumlara məruz qalıb. Məlumatlara görə, hücumlardan biri ölkənin ali dini lideri Əli Xameneinin iqamətgahına dəyib və o, həyatını itirib.
Hazırda İran cavab olaraq İsrailə, ABŞ-nin hərbi bazalarına və Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirir.
Xatırladaq ki, Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
Digər Xəbərlər
31 Mart 2026 10:45
Türkiyə millisi bu gün dünya çempionatına vəsiqə qazana bilər
31 Mart 2026 10:17
Azərbaycanın U-21 millisi Bolqarıstanla qarşılaşacaq
30 Mart 2026 13:21
Azərbaycan - Syerra Leone matçını idarə edəcək hakimlər açıqlandı
30 Mart 2026 10:15


Bakı -°C

