ABŞ elit hərbçilərini İran sərhədlərinə gətirdi
ABŞ-nin elit hərbi birləşmələrindən olan 82-ci hava-desant diviziyasının ilk bölmələri Yaxın Şərqə çatıb.
Adalet.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, bölgəyə göndərilən qüvvələr ön dəstə xarakteri daşıyır. Onların tərkibinə 1-ci briqada döyüş qrupu – “Devil Brigade”, eləcə də qərargah zabitləri, rabitə və logistika bölmələri daxildir.
Məlumata görə, hərbçilərə hələlik konkret tapşırıq verilməyib. Lakin onların bölgəyə yerləşdirilməsi İran ərazisində mümkün quru əməliyyatı ilə bağlı yayılan xəbərlər fonunda baş verir.
Qeyd edək ki, daha əvvəl regiona 3 mindən çox ABŞ dəniz piyadasının göndərildiyi də açıqlanmışdı.


Bakı -°C

