adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
05 Aprel 2019 17:52
48949
LAYİHƏ

Türk sufi triadası - Şeyx Əhməd Yəsəvi, Yunis İmrə, İmadəddin Nəsimi

(əvvəli ötənsaylarımızda)

Yunus İmrə iləmürşidi Şeyx Tapdıq arasında baş verən bir əhvalatı açıqlayan rəvayətdədeyilir: - Babalılardan Tapdıq İmrə dərvişiolduğu üçün ona :-Yunus, artık vaxtın erişmiştir. ... Elimdeki şu as?yıatıyorum, - demişdir. ... As? uçmuş, ta Yunusun doğduğu köye düşmüş. Yunusvarmış, torpağa yüz sürüp teslim olmuşdur...

Bu rəvayətdə"əsanın uçub Yunus İmrənin doğulduğu kəndə düşməsi", şübhəsiz ki, onun doğulduğu kənddə dəfn edilməsinəişarədir. Yunus İmrənin Türkiyədə bir neçə, Azərbaycanda isə bir yerdə qəbrininolması faktı onun doğru qəbrinin Qax rayonu Oncallı kənd Oğuz qəbristanlığındaolmasına şəhadət verir.

Yunus İmrəyaradıcılığında qürbət və qəriblik mövzusunungeniş yer tutması çoxçarpıcıdır. O, "Gəzdim Urum iləŞamı, Yuxarı elləri hamı" deyərək dərvişhəyatı keçirdiyini - qəribliyini etiraf edən,yağı kimi qarşısında sinə gərən qarlı dağa "Mən yarımdan ayrı düşdüm, sən yolumubağlarmısan", salxım-salxım duranbuludlara "Saçın hörüb mənim üçüniçin-için ağlarmısan", axan gözyaşlarına "Gözlərimin qanlı yaşı, irmaq olub çağlarmısan", sinəsini dəlib çıxmaq istəyən ürəyinə, sözeşitməyən, ipə-sapa yatmayan könlünə"Daşdın yenə dəli könül, sular kimi çağlarmısan" sualını verənvə nəhayət, "Neylim əlim çatmaz yarə, bulunmaz dərdimə çarə, Oldum elimdənavarə, məni burda saxlarmısan" deyərəkTanrısına üz tutan, sonra da evi-eşiyi, yurdu-yuvası gəlib gözlərininqabağında duran, yuxusuna girənsevgilisinə müraciətlə "Əsridi Yunusun canı, yoldayam illərin kanı. Yunus düşdə gördü səni,sayrumusan, sağlarmısan" şəklindəsözlərini tamamlayan qəribdir:

Bir gərib öldüdeyərlər,

Üç gündən sonraduyarlar.

Soyuq su iləyuyarlar,

Böylə qərib mənimkimi.

(Bax, Yunis İmrə.Güldəstə.Şeirlər. Bakı, "Yazıçı", 1992. S.211.)

Və ya

Qalalı şəhrinmiqaldı?

Ya namus, arınmıqaldı?

Qürbətdə yarınmıqaldı?

Neyçün ağlarsan,bülbül, hey?!

(Bax, Yunis İmrə.Güldəstə.Şeirlər. Bakı, "Yazıçı", 1992. S.223.)

Elə bumisallardakı məzmununa diqqət yetirək. "Qürbətdə yarınmı qaldı" sualına gəldikdəisə, təbiidir ki, sufiyanə şəkildə belə bir sual verilə və yaxud "yarınqürbətdə qaldı" deyilə bilməz. Çünki ona yar olan Allah daim onunladır. Məncəəlavə şərhə ehtiyac yoxdur. Söhbət dünyəvi qəriblikdən gedir.

Azərbaycandaolarkən 2010-cu

il 17 avqusttarixində Türkiyə Cümhuriyyətinin ozamankı Prezidenti Abdullah Gülün, dahasonra Türkiyə Cümhuriyyətinin o zamankı Baş naziri və indiki Prezidenti RəcəbTayyib Erdoğanın və başqalarının məhz bu yerdə Yunus İmrənin qəbrini ziyarət etməsiyuxarıda deyilənlərin doğruluğuna dəlalət edir.Yunus İmrə həm də "Bu fənadabir gəribsən, gülme, gülme, ağla, könül" deyərək heç vaxt qərib olmayacağı axirət dünyasınaüz tutan, "haqdan enən şərbəti içən, qüdrət dənizini keçən, ... quru ikənyaş olub, ayaq ikən baş olub, qanadlanıbquş olub uçan" qəribdir.

Unutmayaqki, irfani ədəbiyyat türk təfəkkürü və ruhu ilə yoğrulduqcadini və dünyəvi görüşlərin sintezi kimiinkişaf etməyə başladı. Musəvilikdən, İsəvilikdən və Məhəmmədilikdən çox-çox əvvəl soy-kökünü "Günəş şüasında", "Ayişığında", "Qaba ağacda","Tülü quşun yavrusunda", "Qağan aslanda", "Göy börüdə"görən türk (Təbiidir ki, müxtəlif millətlərdəsoy-kökə baxış müxtəlif ola bilər) Yaradanı və yaradılanı, özünü vədünyanı dərk etməyi kamillik hesabedirdi. Türk sufizmindəki "Kamilİnsan" konsepsiyası məhz buradan qidalanırdı və onun kökü çox-çox dərinlərdəidi. Avroədəbiyyatşünaslığın ənyeni saydığı modern ədəbiyyatdakı dekadentizm, irrealizm,sürrealizm, kubizm, dadaizm, eqzistensializm, abstraksionizm əlamətləri və modernin davamı olan postmodern ədəbiyyatakı digər göstəricilərfarscada Cəlaləddin Rumi, türkcədəYunus İmrə yaradıcılığında öz əksini lap çoxdan tapmışdı. İndi Batı elmi və Batı fəlsəfəsi də dünyanı dərketmək üçün insanın əvvəlcə özünü dərk etməsininzəriri olduğunu etiraf edir və "super insan" fəlsəfəsiniortaya atır.

Görünür ki, fəlsəfidüşüncələr də bumeranq kimidir -onların da atılma və qayıtma zamanlarıvardır.Budur, bundan neçə yüz il əvvəl Yunis İmrənin üzünü bütün dünyayatutub

Ondan gözəl nəvardır?

Hər kəs dərk edəözün.

Özünübilən adam

Olarhamıdan üstün.

(Bax,Yunis İmrə.Güldəstə.

Şeirlər. Bakı, "Yazıçı", 1992.s.150.) səklində dediyi sözlər indi bumeranq kimi özümüzə qayıtmaqdadır.

Ünlüədəbiyyat uzmanı Ahmet Kaytançının "Gerçi Mevl?n? gibi Yunus Emre de hiçbir tar?katın dar sınırlarına tıkılamaz"(Ahmet Kabaklı.Türk edebiyatı. II c. İstanbul,1997.s.309.; ) fikrinə qüvvət olaraq, onun bütün xalqlara və millətlərəeyni sevgi ilə yanaşdığını göstərən "Yetmiş iki millete kurban ol ?şıkisen" sözlərini misal gətirirəm.

Böyüksufi Yunus İmrə insanlığa xələl gətirəcəkhər hansı bir hərəkəti günah saymış, məzhəb-məzhəb,təriqət-təriqət, inanc-inanc bölünməkləri bəs deyilmiş kimi, üstəlik təbəqə-təbəqəayrılmaqları insanların (Çox təəssüf ki,indi də belədir) biri-birinə zillənən qanlı baxışlarını, qıcanmış dişlərinigördükcə dünyaya göz dikənlərin korluğuna acımışdır. Xristianlığına salan xristianlar, yəhudiliyinəsalan yəhudilər, müsəlmanlığına salan müsəlmanlar, bütpərəstliyinə salan bütpərəstlərdünyasına baxdıqca, az qala, axırzamanın oluduğunu zənn etmişdir:

İşidin,ey ulular, ?hır zaman olmuştur.

Sağmüslüman seyrektir, o da güman olmuştur.

Danışmanokur tutmaz, derviş yolun gözetmez.

Buhalk öğüt istemez, ne sarp zaman olmuştur.

Gittibeyler mürveti, binmişler birer atı,

Yediğiyoksul eti, içtiği kan olmuştur.

Birbirinyavuz sanır, ettiği kalır sanır,

Yarınməşhər gününde işi yaman olmuştur.

EyYunus, imdi senin aşk ile keçe günün,

Sevdiğinçünki senin canına can olmuştur.

(Bax.Ahmet Kabaklı.Türk edebiyatı. IIc. İstanbul,1997.s.340.)

Yunus İmrəyə görə,olur gündən ölür günə qədər olan zaman kəsiyi bir ayrı, "əcəl hökmü gələn gündən qiyamətə qədər"olan zaman kəsiyi isə bir ayrıdır. Anlardan başlayıb bir gecə və bir gündüzölçüsündə olan zaman kəsikləri şəklində başlanğıcına və sonuna görə təkcəYaradana məlumdur.

***

Yunus İmrənindivanı ölümündən 118 il sonra Mahmud Mustafa bin Xan adlı bir şəxs tərəfindən tərtibedilmişdir. Bu divan 412 şeirdən ibarət olmuşdur. Onu prof. F. Köprülü və prof.Abdulbaqi Gölpınarlı nəşr etdirmişlər. Rəvayətə görə, onun 3 min şeiri var imiş. Necə olursa,bu şeirlər Şirvanlı Molla Qasımınəlinə keçir. O, şeirləri oxuyub şəriətə uyğun gəlməyənlərini yandırırmış,yorulduğu üçün 1000 dənəsini də suya atıbmış.Birdən "Dərviş Yunus, bu sözü əyri-büyrü söyləmə. Səni sığaya çəkənbir Molla Qasım gəlir" beyti onundiqqətini cəlb edir. Təəssüf ki, bu zaman onun əlində Yunis Əmrənin təkcə minbeyti (Ətraflı məkumat üçün bax.Salman Mümtaz. Azərbaycan ədəbiyyatınınqaynaqları. Bakı, "Avrasiya press", 2006. Səh.363., Maarifə Hacıyeva.Yunus İmrə və Molla Qasım."Ədəbiyyat qəzeti". 28 noyabr 2008-ci il.)qalmış imiş.

Yunus İmrəyaradıcılığı özündən sonraki ədəbiyyata təkcə forma və struktur baxımından deyil, həm də mövzu və məzmunbaxımından da təsir göstərmişdir. Bu mənada Yunus İmrə yaradıcılığının İmadəddin Nəsimi, Məhəmməd Füzuli,Şah İsmayıl Xətai yaradıcılığınatəsiri inkar edilməzdir. Zarafat deyil, burada söhbət Yunus İmrəyə xas olan "ağıllarıçaşdıran, dəryaları daşdıran, gözləri qamaşdıran qüvvətli bir eşq"dən (Bax.Yunis İmrə. Güldəstə.Şeirlər. .s.71-72.) gedir.

Dini, elmi və ədəbidüşüncənin daha yuxarı qatına qalxmaq imkanı yaradan və ən yüksək idrak mərhələsinəgedən yol tarixən həm də irfani ədəbiyyatdan keçmişdir desəm, Azərbaycandasovet dönəmində heç vaxt etiraf edilməmiş bir həqiqəti etiraf etmişolaram.

Bu ədəbiyyat qənaətlərvə nəticələr ədəbiyyayıdır. Yunus İmrə bir dəfə "Bilirim seni, yalan dünyasın. Evliyaları alan dünyasın. Kaçankurtulsa, kuş kurtulardı, Şahin kanadınkıran dünyasın. Sevdiyim aldın, beni ağlattın. Dönüp yüzüme gülen dünyasın"deməklə bu günə qədər ən sünlü şairlər və aşıqlar "Yalan Dünya" şeirləriyazmaqdadırlar.

(ardınövbəti sayımızda)

VaqifAslan

AYBŞəki bölməsinin sədri

ADPU Şəkifilialının baş müəllimi